Fransa millisi Parisdə izdihamla qarşılaşdı - Fotolar

Futbol üzrə dünya çempionu olan Fransa milli komandası Fransanın paytaxtı Parisə gedib.

AzNews.az xəbər verir ki, Fransa millisinin məşqçilərini və oyunçularını minlərlə insan qarşılayıb. DÇ-2018-in qalibi olan komanda çempionluq paradı təşkil edib. Fransa yığmasının üzvləri daha sonra ölkə prezidenti Emmanüel Makronla görüşəcəklər.

Qeyd edək ki, dünənki çempionluq, həmçinin, bəzi azarkeşlərin vandalizmi ilə də yadda qalıb. Belə ki, şəxsi və dövlət mülkiyyətin ziyan dəyib. Onlarla gənc Şamp Elizedəki dükanlardan birinə zorla daxil olaraq mağazını dağıdıb, şərab oğurlayıblar.

Xatırladaq ki, Moskvada "Lujniki" stadionunda baş tutan final matçında Fransa millisi Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib.

image description image description