- Köhnə - İdman
- 24 İyul 2018 09:20
- 7 750
Luka Modriçdən nümunəvi addım - Foto
Xorvatiya yığmasının və Madrid "Realının" yarımmüdafiəçisi Luka Modriç ağır xəstəlikdən əziyyət çəkən Selena adlı balaca qızın məktubuna cavab verib.
"Report" xəbər verir ki, Xorvatiya milli komandasının kapitanı balaca Selenaya 2018-ci ildə dünya çempionatında göstərdiyi dəstəyə görə təşəkkür edib və ona xəstəliyi ilə mübarizədə möhkəm iradə arzulayıb.
Modriç həmçinin, Xorvatiya yığmasındakı geydiyi formasını məktuba əlavə edib.
Qeyd edək ki, Xorvatiya yığması mundialın finalında fransızlara məğlub olmuşdu. Modriç isə turnirin ən yaxşı oyunçusu seçilib.
AzNews.az