Daha bir Azərbaycanlı ağır atlet dopinqdə "ilişib”. Daha bir Azərbaycanlı ağır atlet dopinqdə "ilişib”.

Daha bir idmançımız üçün pis xəbər

Daha bir Azərbaycanlı ağır atlet dopinqdə "ilişib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında məlumat verilib.

Azərbaycan ağırlıqqaldıranı Azər Məmmədlinin (105) qanında qadağan olunmuş preparat aşkarlanıb. Beynəlxalq Federasiyanın saytında bildirilir ki, Azərbaycan ağırlıqqaldıcısının analizində etiocholanolon (anabolik steroid) preparatı aşkar edilib. Nəticədə Azər Məmmədli bütün rəsmi yarışlarda iştirakdan məhrum edilib və bu məsələ ilə bağlı yekun qərar qəbul olunub.

Maraqlıdır ki, federasiya idmançıda dopinqin aşkarlanması barədə bir müddət əvvəl məlumat alıb. Bu səbəbdən A.Məmmədli millinin məşq etdiyi zaldan çıxarılıb. Amma AAAF bu barədə məlumatı gizli saxlamağa çalışırdı.

Xatırladaq ki, bundan öncəazərbaycanlı atletlər - Anastasiya İbrahimli, Hüseyn İsmayılov və İsa Rüstəmovun da dopinq testəri müsbət nəticə vermişdi.

AzNews.az