Bu gün Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" klubu səfərdə Moldova "Şerif"i ilə qarşılaşıb. Bu gün Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" klubu səfərdə Moldova "Şerif"i ilə qarşılaşıb.

"Ağdamlılar" Vətənə məğlub yollanır

Bu gün Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" klubu səfərdə Moldova "Şerif"i ilə qarşılaşıb.

AzNews.az xəbər verir ki, Ağdam təmsilçisi Kişinyovda keçirilən ilk oyunda məğlub olub.

Yekun nəticə "Şerif"in minimal hesablı qələbəsi ilə başa çatıb. (1:0)

Oyunda yeganə qolu rəqib komandanın heyətində Rifet Kapiç vurub. O, 8-ci dəqiqədə müdafiəçilərimizin səhvindən yararlanaraq fərqlənə bilib.

Qeyd edək ki, Avrokuboklarda yeganə təmsilçimiz olan "Qarabağ" oyuna itkilər ilə çıxıb.

Belə ki, əsas qapıçı Hannes Halldorsson və hücumçu İnnosent Emeqara zədə üzündən meydana çıxa bilməyib.

"Şerif"lə növbəti oyun tam 1 həftədən sonra, avqust ayının 30-da Bakıda keçiriləcək.