- Köhnə - İdman
- 25 Avqust 2018 22:20
- 3 959
Ronaldo yenə qol vura bilmədi

"Yuventus" klubu futbol üzrə İtaliya A Seriyasında ardıcıl növbəti qələbəsini qazanıb.
AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi II turda "Latsio"nu 2:0 hesabı ilə yenib.
Hesabı 30-cu dəqiqədə Miralem Pyaniç uzaqdan zərbə ilə açıb. 75-ci dəqiqədə isə Mario Mancukiç yekun nəticəni müəyyənləşdirib.
"Yuventus"un yeni transferi Kriştianu Ronaldo sonadək meydanda olsa da, qol vura bilməyib. Əvəzində ikinci qol epizodu zamanı onun ayağından sıçrayan top Mancukiçin önünə gəlib. Xorvatiyalı hücumçu isə qapını dəqiq nişan alıb.
"Yuventus" ilk turda səfərdə "Kyevo"nu yenib - 3:2.
AzNews.az