Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə respublika çempionatı keçirilir Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə respublika çempionatı keçirilir

Kim yaxşı dırmanacaq? - Çempionat başladı

Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə respublika çempionatı keçirilir



Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 05-07 aprel 2013-cü il tarixlərində "ClimBaku" idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında idman dırmanması üzrə Respublika çempionatı keçirilir.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından AzNews.az-a bildirilib ki, 3 mərhələdə keçiriləcək Çempionatda idmançılar bu gün boulderinq, sabah çətinlik, aprelin 7-də isə sürət mərhələlərində qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışlarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ölkəmizin müxtəlif bölgələrindən olan idman klublarının 70-ə yaxın yeni başlayan yeniyetmə və gənc idmançısı iştirak edir.
Çempionatın keçirilməsində məqsəd ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını yeniyetmə və gənclər arasında populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.

Ruhiyyə
AzNews.az