- Köhnə - İdman
- 8 Noyabr 2013 12:15
- 4 229
Tovuz şəhər stadionuna 2 ulduz verildi
AzNews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il noyabrın 5-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.
Bu, ölkəmizdə paytaxtdan kənarda yerləşən stadionun süni ot örtüyünə verilmiş ilk yüksək sertifikatdır.
Tovuz şəhər stadionunun süni ot örtüyü Topaz Premyer Liqasında çıxış edən klublarda uşaq futbolu üçün UEFA-nın ayırdığı vəsait və AFFA-nın maliyyəsi hesabına quraşdırılıb.
AzNews.az