- Köhnə - İdman
- 19 Avqust 2012 10:31
- 3 211
Azərbaycan yığması öz gücünü Bolqarıstana göstərdi
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli yığma komandası "Avrobasket-2013" turnirinin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
Təcrübəli mütəxəssis Elxan Əliyevin rəhbərliyi altında komandamız "Sərhədçi" Olimpiya-idman kompleksində Bolqarıstan yığmasını qəbul edib və 83:78 hesabı ilə qələbə qazanıb.
Yığmamızın heyətində ən məhsuldar oyunçu amerikalı legioner Çak Devis (30 xal) oldu. Onu da nəzərinizə çatdıraq ki, seçmə m mərhələdə keçirdiyi ilk oyunda millimiz Lüksemburq üzərində 101:78 hesabılə qələbə qazanmışdı.
Emin Abbasov
AzNews.az