“Qarabağ” futbolçuları “Neftçi”ni darmadağın etdi - VİDEO

Bu gün Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, əsas oyun "Neftçi" və "Qarabağ" klubları arasında baş tutub. Azərbaycan çempionu "Neftçi" klubu Premyer Liqanın hazırkı lideri "Qarabağ"ı qəbul edib. Maraqlı keçən qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Reynaldo Silva het-trik edib.

Turun digər oyununda isə "Xəzər Lənkəran" klubu doğma meydanda "İnter" komandasını qəbul edib. Matçda qalib müəyyənləşməyib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Topaz Premyer Liqa, 24-cü tur

"Rəvan" – AZAL - 1-0
Qol: Miloş Adamoviç, 76 (1:0)

"Neftçi" – "Qarabağ" - 1:4
Qollar: Leroy Corc, 24 (0:1), Reynaldo, 31 (0:2), 67 (0:3), Mirhüseyn Seyidov, 82 (1:3), Reynaldo, 86 (1:4)

"Bakı" – "Sumqayıt" - 0:0

"Simurq" – "Qəbələ" - 0:0

"Xəzər Lənkəran" – "İnter" - 1:1
Qollar: Baçana Sxadadze, 32-pen. (0:1), Tieqo Xesus, 45 (1:1)









AzNews.az