Azərbaycan yığması İstanbulda ilk məğlubiyyətini aldı

Şahmat üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli yığma komandaları İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. Kişi şahmatçılarımız İrlandiya komandası ilə qarşılaşıb və 3,5:0,5 hesabılə qələbə qazanıb. Yığmamızın heyətində Rauf Məmmədov heç-heçə edib, Eltac Səfərli, Şəhriyar Məmmədyarov və Qədir Hüseynov isə qələbə qazanıb.

Qadınlardan ibarət komandamıza gəlincə, Fikrət Sideyifzadənin yetirmələri Rumıniya yığması ilə bacarmayıb. Zeynəb və Türkan Məmmədyarova bacıları, habelə Gülnar Məmmədova rəqibləri ilə heç-heçə oynayıb, Nərgiz Umudova isə məğlub olunca, komandamız 1,5:2,5 hesabılə uduzub.

Emin Abbasov
AzNews.az