Azərbaycan-Ermənistan 75:58

Bahadırlarımızın Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatındakı uğurlu çıxışı davam edir. Sərbəst güləş üzrə yarışların bu gün başa çatdığı birincilikdə yığma üzvləri ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 75 xalla ikinciliyə yiyələnib. Birinci yerin sahibi Rusiya 88 xal qazanıb. Ermənistan isə 58 xalla yalnız üçüncü olmağı bacarıb.

Qeyd edək ki, qızıl medalları millimizə Əfqan Xaşalov (50 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (85 kq) və İqbal Hacızadə (100 kq) qazandırıb. Elvin Namazov (46 kq) gümüş, Ravil Babazadə (69 kq) və Hacımurad Məhəmmədsəidov (76 kq) isə bürünc medalla kifayətlənib.

Xatırladaq ki, güləşçilərimiz Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına 5 mümkün lisenziyadan 3-nü qazana bilib. 46, 63 və 100 kq-da lisenziya qazanan sərbəst güləşçilərimiz Nanjinqdə 2 çəki dərəcəsində təmsil olunacaq.

İntiqam Valehoğlu
AzNews.az