“Armadillo”nun adını internet istifadəçiləri müəyyənləşdirəcək “Armadillo”nun adını internet istifadəçiləri müəyyənləşdirəcək

DÇ Braziliya 2014-ün maskotunu tamaşaçılar seçdi

“Armadillo”nun adını internet istifadəçiləri müəyyənləşdirəcək



AzNews.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatının maskotu təqdim olunub. Maskot Braziliyanın "Fantastiko" teleşousunda tamaşaçılar tərəfindən seçilib.

Braziliyalılar maskotu seçərkən, Cənubi və Mərkəzi Amerikada məşhur olan "Armadillo"ya üstünlük veriblər. Maskotun rənglərində Braziliyanın bayrağındakı rənglərdən istifadə edilib.

Qeyd edək ki, bundan sonra "Armadillo"nun adı dünya çempionatının rəsmi topu olan "Brazuca" kimi internet vasitəsi ilə keçiriləcək sorğuda müəyyənləşdiriləcək.


AzNews.az