Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AVRO-2016: Futzal yığmamızın rəqibləri kim olacaq?

Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.



AzNews.az apasport.az-a istinadən xəbər verir ki, final mərhələsi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada keçiriləcək yarışın təsnifat və əsas seçmə mərhələlərinin qrupları bəlli olacaq.

Yarışa vəsiqələr uğrunda mübarizə aparacaq 45 komandadan 24-ü təsnifat mərhələsində 6 qrupa bölünəcək. UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq tədbirin ikinci hissəsində isə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşəcək.

Yığmamız seçmə mərhələyə birbaşa qatılan 21 komanda arasında qərarlaşıb. Burada isə komandalar 7 qrupa bölünəcək. Püşk Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Təsnifat mərhələsi (13-18 yanvar 2015)
1-ci səbət (meydan sahibləri): Moldova (2*), Monteneqro (2), Litva (2), Bolqarıstan (2), İsveç (3), Malta (4)
2-ci səbət (4): Cəbəlüttariq, Estoniya, Uels, San-Marino, Şotlandiya
3-cü səbət (3): Andorra, Albaniya, Kipr, Danimarka, İsveçrə
4-cü səbət (2): İngiltərə, Ermənistan
5-ci səbət (1): Latviya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İsrail
* - mötərizədəki rəqəm gücünə görə hansı səbətə düşməli olduğunu göstərir.
Əsas seçmə mərhələ (17-22 mart 2015)
6-cı səbət (meydan sahibləri): Xorvatiya (1), Rumıniya (2), Sloveniya (2), AZƏRBAYCAN (2), Bosniya və Herseqovina (3), Polşa (3), Makedoniya (3)
7-ci səbət (4): təsnifat mərhələsinin 7 komandası
8-ci səbət (3): Belçika, Türkiyə, Qazaxıstan, Norveç
9-cü səbət (2): Macarıstan, Slovakiya, Hollandiya, Belarus
10-cu səbət (1): İtaliya, İspaniya, Rusiya, Portuqaliya, Ukrayna, Çexiya


AzNews.az