- Köhnə - İdman
- 9 Fevral 2015 08:11
- 4 308
“Barselona“ rəqibini darmadağın etdi - VİDEO

Futbol üzrə İspaniya La Liqasında 22-ci turun oyunları davam edir.
AZNEWS.AZ Qol.az- istinaədn xəbər verir ki, növbəti oyun günündə daha dörd qarşılaşma keçirilib.
Səfərdə "Kordoba" ilə qarşılaşan "Almeria" 2:1 hesabı ilə qalib gəlib. "Xetafe" isə doğma meydanda eyni hesabla qalib gəlib. "Espanyol" isə öz meydanında "Valensiya"ya uduzub – 1:2.
Səfərdə "Atletik"lə qarşılaşan "Barselona" rəqib qapsından beş qol keçirib – 5:2. Bu qələbədən sonra kataloniyalılar "Real Madrid"lə xal fərqini 1-ə çatdırıb.
Hazırda "Real Madrid" 54 xalla 1-ci, "Barselona" 53 xalla 2-ci, "Atletiko Madrid" isə 50 xalla 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Elçe" - "Rayo Valyekono" görüşü ilə yekun vurulacaq.
8 fevral
İspaniya La Liqası, XXII tur
"Kordoba" – "Almeriya" - 1:2
Qollar: Kartabia, 10 (1:0), Mişel, 61 (1:1), 66 (1:2)
"Xetafe" – "Sevilya" - 2:1
Qollar: Vaskes, 29-pen.(1:0), Krikovyak, 66 (1:1), Leon, 85 (2:1)
"Espanyol" – "Valensiya" - 1:2
Qollar: Piatti, 62, (0:1), Pau, 85-avtoqol (1:1), Qaraia, 89 (1:2)
"Atletik" – "Barselona" - 2:5
Qollar: Messi, 15 (0:1), Suares, 26 (0:2), Riko, 59 (1:2), Markos, 62-avtoqol (1:3),Aduris, 67 (2:3), Neymar, 64 (2:4), Pedro, 86 (2:5)
9 fevral
23:45 "Elçe" – "Rayo Valyekano"