- Köhnə - İdman
- 4 Oktyabr 2012 08:02
- 2 675
Bölgələrdə güləş yarışlarına start verilib
AzNews.az-ın məlumatına görə, 1996-97-ci il təəvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışlar AGF-in 1, 4, 6 və 7 saylı nümayəndəlikləri tərəfindən keçirilir. Zonalar üzrə iştirakçıların sayını nəzərə alaraq 4, 6 və 7 saylı nümayəndəliklərdə hər çəki dərəcəsində yalnız finalçılar, 1 saylı nümayəndəlikdə isə sərbəst növdə 1-3, yunan-roma növündə 1-5-ci yerləri tutanlar Rəşid Məmmədbəyovun xatirə turnirində iştirak hüququ əldə edəcəklər.
1 saylı nümayəndəliyin seçim xarakterli Bakı birinciliyi Hövsan Olimpiya İdman Kompleksində təşkil olunub. Reqlamentə əsasən, oktyabrın 4-5-də sərbəst, 6-7-də isə yunan-roma növündə qaliblər müəyyənləşəcək. Yarışlar hər gün səhər saat 10:00-da başlayır.
AzNews.az