- Köhnə - İdman
- 4 Oktyabr 2012 20:18
- 3 459
«Neftçi» «İnter»in qapısına yol tapsa da, məğlub oldu

Avropa Liqasında Azərbaycanı təmsil edən "Neftçi" Bakıda İtaliyanın məşhur "İnter" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.
H qrupunda ilk tur çərçivəsində Belqradda "Partizan"la heç-heçə edən (0:0) "Neftçi"nin hesabında 1 xal var.
Xatırladaq ki, Azərbaycan çempionu oktyabrın 25-də Kazanda "Rubin"in qonağı olacaq. "Neftçi" növbəti ev oyunu isə noyabrın 8-də elə Rusiyanın adıçəkilən klubuna qarşı keçirəcək.
Avropa Liqası 2012/13
Qrup mərhələsi
A qrupu
Anji - Yanq Boys 2:0
H qrupu
NEFTÇİ – İnter 1:3
Rubin – Partizan 2:0
İnter – 4 xal, Rubin – 4, NEFTÇI – 1, Partizan – 1.
Rasim
AzNews.az