Neymar Braziliyanı tərk edir

Braziliyanın son illərdə yetişdirdiyi ən məşhur futbolçulardan olan Neymarın Avropaya getməsi reallaşır. Futbolçunun qardaşı Jo Amancio bildirib ki, Neymar tezliklə Avropada top qovacaq.

"Bunun hansı komanda olacağın tam olaraq deyə bilmərəm ancaq qardaşım İspaniya gedəcək. "Real Madrid" və "Barselona"nın dünyanın ən yaxşı komandası olması Neymarın Avropa istəyini daha da artırır.

Transfer hər an gerçəkləşə bilər"-deyən Amancio Neymarı Messi və Ronaldo ilə də müqayisə edib. O, qardaşının daha güclü olduğunu söyləyib.

Elman Bakuvi
AzNews.az