La Liqada “möhtəşəm” həftə start götürdü

İspaniya La Liqasının VII turuna start verilib. İlk oyun günündə 1 qarşılaşma baş tutub. "Sevilya" "Selta"nın qonağı olub. Rəqib meydanda oynamasına baxmayaraq, bu oyunda "Sevilya"nın şansları daha yaxşı qiymətləndirilirdi.

Ancaq "Selta" klubu meydan sahibi amilindən maksimum yararlanaraq? qələbə qazanmağı bacardı. Birinci hissədə oyunda hesab açılmadı. İkinci hissəyə meydan sahibləri aktiv başladı və 60-cı dəqiqədə Aspasın penaldan vurduğu qolla önə keçdilər.

Bununla kifayətlənməyən "Selta" oyunun sonlarına yaxın daha bir dəfə fərqləndi. Lukas 85-ci dəqiqədə "Sevilya"nın qapısından ikinci topu keçirərək, oyunun taleyini həll etdi. Matç 2:0 hesabi ilə "Selta"nın qələbəsi ilə yekunlaşdı.
Turun digər oyunları bu gün və sabah keçiriləcək.

Elman Bakuvi
AzNews.az