“Real“ məğlub oldu, ancaq növbəti mərhələyə adladı - VİDEO

Dünən futbol üzrə Çempionlar Liqasında növbəti görüşlər keçirilib.



AZNEWS.AZ xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunlarına Pireney yarımadasında start verilib.

İlk 1/4 finalçılar Portuqaliya və İspaniyada keçirilən qarşılaşmalarda müəyyənləşib.
"Draqao" stadionunda baş tutan "Porto" – "Bazel" qarşılaşması meydan sahiblərinin 4-0 hesablı qələbəsilə başa çatıb. Nəticədə "Porto" növbəti mərhələyə adlayıb.


Səfərdə "Şalke"ni 2 top fərqilə məğlub edən "Real" isə bu dəfə öz meydanında gözlənilmədən 3-4 hesabı ilə uduzub. Ancaq bu məğlubiyyət onlara növbəti mərhələyə adlamağa mane olmayıb.

23:45. "Porto" (Portuqaliya) – "Bazel" (İsveçrə) 4:0
Qol: Brahimi, 14; Herrera, 47; Kasemiro, 56; Abubakar, 76
Baş hakim: Yonas Eriksson (İsveç)
Porto. "Draqao" stadionu
İlk oyun – 1:1

23:45. "Real" (İspaniya) – "Şalke" (Almaniya) 3:4
Qol: Ronaldo, 25, 45; Benzema, 52; Fuqts, 20; Huntelar, 40, 82; Sane, 56
Baş hakim: Damir Skomina (Sloveniya)
Madrid. "Santyaqo Bernabeu" stadionu
İlk oyun – 2:0