“Cimbom”u 3 xaldan edən son dəqiqələr “Cimbom”u 3 xaldan edən son dəqiqələr

Türkiyə Super Liqasında VII turun daha 3 oyunu keçirildi

“Cimbom”u 3 xaldan edən son dəqiqələr




Bu gün Türkiyə Super Liqasında VII turun daha 3 oyunu keçirilib.
AzNews.az saytı xəbər verir ki, lider "Qalatasaray"" bu turda "Əskişəhərspor"u qəbul edib. Son oyunda 3 xal itirən Cimbom ilk pillədəki yerini möhkəmləndirmək üçün bu oyunda mütləq qələbə qazanmalı idi. Ancaq rəqibin ciddi müqaviməti İstanbul təmsilçisinin qələbə arzusunu ürəyində qoyub. Oyunun sonuna qədər hesabda üstünlüyü əlində saxlayan meydan sahibləri 89-cu dəqiqədə buraxdığı qol ilə məyus olub. Əskişəhərin qolunu Ərkan Zəngin vurub və oyun 1:1 hesabi ilə yekunlaşıb.
Bü gun keçirilən digər oyunlarda "İstanbul Böyükşəhər Bələdiyyə" öz meydanında "Gənclərbirliyi"nə 0:2 hesabı ilə məğlub olub.
"Elazığspor" – "Akhisar Bələdiyyə" oyunu isə qolsuz bərabərliklə yekunlaşıb.

Elman Bakuvi
AzNews.az