“Çelsi”nin müdafiəçisi cəzalandırılacaq

"Çelsi"nin təcrübəli müdafiəçisi Aşli Kol yazdığı tvitlərə görə cəza ala bilər. AzNews.az Goal.com-a istinadən xəbər verir ki, Tviter Səhifəsindən "İngiltərə Futbol Federasiya"na sərt ismarışlar göndərən oyunçu ilə bağlı cinayət işi açılacaq.

Cəza xəbərin eşidəndən sonra tvitləri silib üzr istəyən Kol bağışlanmayıb.
"Çelsi"nin baş məşqçisi Roberto Di Mateo ötən günlərdə Kolun klub tərəfindən cəzalandırılacağını bir daha bəyan edib.

Elman Bakuvi
AzNews.az