- Köhnə - İdman
- 21 Aprel 2015 14:00
- 2 174
AFFA-dan Klub prezidentinə 10 oyunluq Qadağa
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzNews.az AFFA.az-a istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun "Bakı" – "İnter" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun AZAL – "Sumqayıt" matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun "Simurq" – "Qarabağ" matçının 45-ci dəqiqəsində "Qarabağ" klubunun 33 №-li futbolçusu Şəhriyar Əliyev meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Azərbaycan I divizionun XXIV turunun "Rəvan" – "Qaradağ Lökbatan" matçının 77-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun prezidenti Tahir Mustafayevin göstərişilə meydançanı tərk edib. Klub prezidenti öz hərəkətləri ilə yaranmış vəziyyəti daha da gərginləşdirib, hakimləri təhqir edib. Lakin matçın hakim-inspektorunun təkidi ilə oyun 12 dəqiqədən sonra bərpa olunub və matç sona qədər oynanılıb Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir;
"Rəvan" – "Qaradağ Lökbatan" matçında "Qaradağ Lökbatan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 77-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur.
"Qaradağ Lökbatan" klubu meydanı tərk edərkən klubunun prezidenti Tahir Mustafayev geniş kütlə qarşısında hakimlər briqadasın və hakimlər komitəsin təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 2000 manat cərimə olunur.
"Qaradağ Lökbatan" klubu meydançanı özbaşına tərk etdiyinə görə klub 1000 manat cərimə olunur. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaq.
Oyunun 85-ci dəqiqəsində "Rəvan" klubunun 77 №-li futbolçusu Ceyhun Cavadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Azərbaycan I divizionun XXIV turunun "Turan Tovuz" – "Kəpəz" matçında "Kəpəz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Azərbaycan I divizionun XXIV turunun "MOİK" – "Mil-Muğan" matçının 56-cı dəqiqəsində "MOİK" klubunun 14 №-li futbolçusu Araz İbadlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
U-19 Liqasının "Neftçi" – "Simurq" matçının 45-ci dəqiqəsində "Neftçi" klubunun 3 №-li futbolçusu Sərxan Əhmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
U-19 Liqasının AZAL – "Xəzər Lənkəran" matçının 44 - cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun məşqçisi Məhərrəm Bağırzadə texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır.
Bakcell U-17 Liqasının "Xəzər Lənkəran" – "Neftçi İK İB" matçının 90-cı dəqiqəsində "Neftçi İK İB" klubunun 11 №-li futbolçusu Hüseyn Salayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Bakcell U-17 Liqasının "Simurq" – "Sumqayıt" matçının 45-ci dəqiqəsində "Simurq" klubunun 13 №-li futbolçusu Cuma Orucov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Bakcell U-17 Liqasının "Vətən" – "Bakı" matçının 62-ci dəqiqəsində "Bakı" klubunun 3 №-li futbolçusu Emil Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
U-16 Liqasının "Qarabağ" – "Turan" matçının 17-ci dəqiqəsində "Turan" klubunun 17 №-li futbolçusu Vüsal Mustafayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyun başa çatdıqdan sonra "Turan" klubunun 4 №-li futbolçusu Məhərrəm Hacıyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
U-16 Liqasının "Xəzər Lənkəran" – "Bakı" matçının 80-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun 20 №-li futbolçusu Əli Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
U-16 Liqasının "Qəbələ" – "MKT Araz" matçında "MKT Araz" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
U-16 Liqasının "Rəvan" FK klubu AFFA ya ünvanladığı məktubla yarışlarda çıxışını dayandırdıqlarını bildirmişlər. Göndərilən məktubu nəzərə alaraq İntizam Komitəsinin qərarı ilə "Rəvan" FK klubu U-16 liqasında keçirilən yarışlardan kənarlaşdırılır.Klub oyunların 50 % - dən çoxunu keçirtdiyinə görə növbəti oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
U-15 Liqasının "Xəzər Lənkəran" – "Vətən" matçının 13-cü dəqiqəsində "Vətən" klubunun 4 №-li futbolçusu Fərhad Şərifovun kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
Oyunun 70+3 -cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 24 №-li futbolçusu Zamiq Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Coca Cola U-13 Liqasının "Vətən" – "İnter" matçında "İnter" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
Coca Cola U-13 Liqasının "Şərur" – "Şahbuz" matçında "Şərur" klubunun heyətində qeydiyatda olmuyan futbolçu meydana daxil olduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.