Qvardiola Milana çox yaxındır

Bildiyimiz kimi Qvardiola Barselonanın ötən mövsüm uğursuz çıxışına görə 4 illik macəradan sonra komandası ilə vidalaşmışdı.

AzNews.az Goal.com-a istinadən xəbər verir ki, bundan sonra heç bir komandanın təklifini qəbul etməyən bacarıqlı məşqçi, 1 il istirahət edəcəyini demişdi.

Lakin son günlər Milan klubunun Qvardiolaya göndərdiyi təklif məşqçini düşündürməyə başlayıb. Məşqçinin meneceri Mario Orobitq Pepin Milana isti baxdığını deyib.Əgər danışıqlar prosesi uğurlu keçərsə Qvardiola Milanın başına keçəcək.

Elman Bakuvi
AzNews.az