- Köhnə - İdman
- 22 May 2015 22:13
- 2 625
“Qarabağ“ məğlub oldu
Bu gün Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları keçirilir.
Trend-in məlumatına görə, "Sumqayıt" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb: 13` - Məhəmməd Qurbanov, 28` - Tofiq Mikayılov
"Neftçi" autsayder "Bakı"nın qonağı olub. Oyun başladığı kimi sona çatıb - 0:0.
AZAL "Simurq"u sınağa çəkib. "Təyyarəçilər" rəqib qapısına 5 dəfə yol tapıblar. Qollardan 4-nü Freddi Mombonqo vurub - 5:0.
"İnter" isə çempion "Qarabağ"la qarşılaşıb. Görüşdə "bankirlər" üstün olublar - 2:1.