Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gənclər və Yeniyətmələr arasında keçirilən 21-ci Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gənclər və Yeniyətmələr arasında keçirilən 21-ci Azərbaycan çempionatı başa çatıb.

Kikboksinq üzrə çempionat başa çatdı – FOTO

Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gənclər və Yeniyətmələr arasında keçirilən 21-ci Azərbaycan çempionatı başa çatıb.

May ayının 25-27-si arasında keçirilən çempionatda medal uğrunda olduqca gərgin və maraqlı anlar yaşanıb. Bütün komandaların idmançılarında yüksək ruh müşahidə edilirdi. Kikboksinq üzrə 21-ci Azərbaycan Kuboku uğrunda gedən çempionatda NEFÇİ klubu bütün rəqiblərini geridə qoyaraq, qızıl medalların sayına görə birincilik əldə edib. Belə ki, klub 6 qızıl,4 gümüş, 7 bürünc medala sahib olaraq, yarışın Kubokuna sahib olub. AKF-nın vitse-prezidenti Güloğlan Cabborov NEFÇİ klubuna kuboku təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Yeniyetmələr arasında isə kuboka Qızıl Əlcək idman klubunun idmançıları sahib olublar.