- Köhnə - İdman
- 10 İyun 2015 12:07
- 3 428
Güləşçilərimiz müraciət etdi: “Dəstək olun” - VİDEO
I Avropa Oyunlarının açılış mərasiminə 2 gün qalıb. Ölkəmizi təmsil edəcək güləşçilər indidən azarkeşlərə müraciət edib.
AzNews.az xəbər verir ki, video müraciətdə onlar azarkeşlərə stadionlara gələrək Azərbaycan idmançılarına dəstək olmağı xahiş ediblər.
Qeyd edək ki, I Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.
"Bakı-2015"in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.