Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikasının fərdi yarışlarının final mərhələsinin iştirakçıları müəyyənləşib. Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikasının fərdi yarışlarının final mərhələsinin iştirakçıları müəyyənləşib.

Gimnastlarımizdan Stepko və Nekrasova final mərhələsində

Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikasının fərdi yarışlarının final mərhələsinin iştirakçıları müəyyənləşib.


Apasport.az saytının məlumatına görə, iki gün ərzində keçirilən komanda yarışları və çoxnövçülüyün təsnifat yarışlarından sonra mükafatlar uğrunda mübarizə aparacaq idmançılar bəlli olub.

Komanda yarışlarında 1 medal qazanan Azərbaycan gimnastları daha 6 dəfə mükafat qazanmağa çalışacaq. Millimiz həm kişi, həm qadınların çoxnövçülük yarışında təmsil olunacaq. Təsnifat mərhələsində 3-cü olan Oleq Stepko kişilərin mübarizəsində çıxış edəcək. Marina Nekrasova təsnifatda 34-cü olsa da, çoxnövçülükdə qüvvəsini sınamaq imkanı qazanıb.

Buna yarışların əsasnaməsi səbəb olub. Belə ki, hər ölkə fərdi yarışlarda yalnız 1 idmançı ilə təmsil olunacaq. Kişi və qadınların çoxnövçülük yarışları iyunun 18-də keçiriləcək.

İyunun 20-də isə həm kişi, həm qadınlar ayrı-ayrı hərəkətlərdə ən yaxşıları müəyyənləşdirəcək. Stepko gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda qüvvəsini sınayacaq.