- Köhnə - İdman
- 16 İyun 2015 17:28
- 3 938
Patimat Abakarova uduzdu - Yenilənib
49 kq çəkidə mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova yarımfinal mərhələsinə vəsiqə qazanıb.
AzNews.az xəbər verir ki, o, 1/4 finalda yunan idmançı İoanna Kutsunu 4:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, idmançımız yarımfinalda serbiyalı Tiyana Boqdanoviçlə üz-üzə gələcək.
***
49 kq çəki kateqoriyasında çıxış edən azərbaycanlı taekvondoçu Patimat Abakarova yarımfinal döyüşünü keçirib.
Serbiyalı Tiyana Boqdanoviçlə qarşılaşan həmyerlimiz 7:6 hesabı ilə məğlub olub.
Lakin bununla belə, Patimatın hələ də medal qazanmaq şansı var. O, bürünc medal uğrunda mübarizəni davam etdirəcək.