1998-ci ildən FİFA-ya rəhbərlik edən və korrupsiya iddialarına görə istefa verən Yozef Blatter İsveçrəni tərk edərsə həbs olunacağından qorxur. 1998-ci ildən FİFA-ya rəhbərlik edən və korrupsiya iddialarına görə istefa verən Yozef Blatter İsveçrəni tərk edərsə həbs olunacağından qorxur.

Blatterin həbs olunma qorxusu: “Risk etmək istəmirəm”

1998-ci ildən FİFA-ya rəhbərlik edən və korrupsiya iddialarına görə istefa verən Yozef Blatter İsveçrəni tərk edərsə həbs olunacağından qorxur.


AzNews.az xəbər verir ki, Blatter bu barədə "goal" saytına açıqlama verib.

"Hər şey bitməyincə səyahət edərək risk etmək istəmirəm. Ona görə yox ki ABŞ-ın əlində mənim əleyhimə nəsə var. Ona görə ki, mənim həbsim geniş ictimai rezonans doğuracaq. Yenidən seçkilərə qatılmaq niyyətim yoxdu. Özümü yox, FİFA-nı qorumaq üçün buradayam. Mən qorxuram ki, insanlar FİFA-nı məhv etmək istəyirlər. Tənqid məni yaralamır. Paxıllığın çevrildiyi nifrət ağrıdır", -deyə Blatter bildirib.

Xatırladaq ki, Yozef Blatter bu il mayın 29-da beşinci dəfə FİFA-ya rəhbər vəzifəsinə seçilib. Bu seçkilər rüşvət skandalları fonunda baş tutub. Korrupsiya iddiası ilə təşkilatın bir sıra yüksək rütbəli məmurları həbs olunub. İyunun 2-də 79 yaşlı Blatter vəzifəsindən istefa verib. O, FİFA icraiyyə komitəsini növbədənkənar konqres keçirtməyə və yeni rəhbər seçməyə çağırıb.

Aydan Axundova