"Qəbələ" Cavid Hüseynovun adının "Panatinaikos"la oyun üçün sifariş olunmasına aydınlıq gətirilib. "Qəbələ" Cavid Hüseynovun adının "Panatinaikos"la oyun üçün sifariş olunmasına aydınlıq gətirilib.

“Qəbələ“dən daha bir açıqlama - Cavid Hüseynovla bağlı

"Qəbələ" Cavid Hüseynovun adının "Panatinaikos"la oyun üçün sifariş olunmasına aydınlıq gətirilib.


AzNews.az Anspress-ə istinadən klubun açıqlamasını təqdim edir:

"Qəbələ" İdman Klubunun Avropa Liqasının pley-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni Hüseynovla bağlı həbs qəti imkan tədbiri seçilmədən öncə göndərilib".

"Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümündə şübhəli şəxs qismində həbs edilib.
C.Hüseynov Cinayət Məcəlləsinin 307-ci maddəsinin 1 və 2 bəndləri ilə (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) ittiham elan olunur. Futbolçu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.