Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev 22-30 avqust 2015-ci il tarixlərində İspaniyanın San-Sebastian şəhərində keçirilən WAKO-nun Avropa Birinciliyində qələbə qazanan Azərbaycan Kikboksinq Federasiyasının gənclər və yeniyetmələrdən ibarət milli komandasının üzvləri ilə görüşüb. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev 22-30 avqust 2015-ci il tarixlərində İspaniyanın San-Sebastian şəhərində keçirilən WAKO-nun Avropa Birinciliyində qələbə qazanan Azərbaycan Kikboksinq Federasiyasının gənclər və yeniyetmələrdən ibarət milli komandasının üzvləri ilə görüşüb.

Adil Əliyev Avropa çempionları ilə görüşdü

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev 22-30 avqust 2015-ci il tarixlərində İspaniyanın San-Sebastian şəhərində keçirilən WAKO-nun Avropa Birinciliyində qələbə qazanan Azərbaycan Kikboksinq Federasiyasının gənclər və yeniyetmələrdən ibarət milli komandasının üzvləri ilə görüşüb.


AzNews.az xəbər verir ki, Federasiyanın prezidenti, millət vəkili Adil Əliyev idmançıları təbrik etdikdən sonra, onların belə mötəbər yarışda qələbə qazanmalarının ölkə idmanı adına əhəmiyyətini vurğulayıb. Federasiya rəhbəri gələcək yarışlar üçün gənc kikboksçulara öz töviyyələrini verib.
Görüşdə federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov, gənclər və yeniyetmələr üzrə baş məşqçi Ehram Məcidov, milli komandanın rəisi Sadıq Bağırov, əməkdar məşqçi Hakim Hacıyev görüşdə iştirak edərək,xoş arzularını bildiriblər.

Onu da qeyd edək ki, Çingiz Əhmədzadə (51 kq, loukik, "Neftçi") və Zöhrab Əzimov (60 kq, loukik, DİN) qızıl, Elmir Süleymanov (71 kq, ful kontakt, "Neftçi") isə gümüş medala sahib olublar. Bürünc medallara isə Kamran Bayramov (60 kq, ful kontakt, "Neftçi"), Elvin Məhərrəmov (71 kq, ful kontakt, "Neftçi"), Qiyas Şahmərdanov (54 kq, loukik, "Neftçi"), Nicat Nəcəfzadə (45 kq, K-1, "Neftçi") Nəcməddin Məmmədzadə (51 kq, K-1, "Neftçi") layiq görülüblər.