Millimizdən öz qapımıza qol

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, yenidən formalaşan komandamızı bu dəfə daha çətin sınaq gözləyir.

İlk turda Rusiyaya 0:5 hesabı ilə uduzan millimiz güclü İsveç qarşısında imtahan verəcək.

Rusiyanın ev sahibliyi etdiyi turnirin ilk matçında isveçlilər Sloveniyanı 6:0 hesabı ilə yenib.

22 oktyabr

İsveç – Azərbaycan - 2:0
QOLLAR: Anker-Kofoed, 8, Bağırova, 30-öz qapısına
Baş hakim: Olqa Tançi (Moldova)
Krımsk. "Qiqant" İdman Kompleksi

17:00. Sloveniya – Rusiya
Baş hakim: Zuzana Kovaçova (Slovakiya)
Krımsk. "Qiqant" İdman Kompleksi


AzNews.az