21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 9-dan 11-nə və 15-dən 17-dək Bakı şəhərində, noyabrın 11-dən 15-dək isə Almaniyanın Regensburq şəhərində təlim-məşq toplanışı keçirəcək. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 9-dan 11-nə və 15-dən 17-dək Bakı şəhərində, noyabrın 11-dən 15-dək isə Almaniyanın Regensburq şəhərində təlim-məşq toplanışı keçirəcək.

“Borussiya”nın futbolçusu Azərbaycan yığmasında

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 9-dan 11-nə və 15-dən 17-dək Bakı şəhərində, noyabrın 11-dən 15-dək isə Almaniyanın Regensburq şəhərində təlim-məşq toplanışı keçirəcək.


AzNews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız "Avro-2017"nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də səfərdə Almaniya, 17-də isə Bakıda Rusiya komandası ilə qarşılaşacaq.

Yığmamızın baş məşqçisi Yaşar Vahabzadə qarşıdakı oyunları üçün 21 oyunçuya dəvət göndərib.

Qeyd edək ki, Elvin Camalov, Abbas Hüseynov və Fuad Bayramov komandaya noyabrın 10-da, Taşkın İltər, Kərəm Benke və Bilal Sezər isə noyabrın 11-də qoşulacaq.


Fəhmin Muradbəyli - "Neftçi"
Elşən Abdullayev - "Neftçi"
Məqsəd İsayev - "Neftçi"
Rahil Məmmədov - "Neftçi"
Şahrudin Maqomedaliyev - "Sumqayıt"
Cəmil Hacıyev - "Sumqayıt"
Tərlan Əhmədli - "Sumqayıt"
Adil Nağıyev - "Zirə"
Sadiq Quliyev - "Zirə"
Azər Salahlı - "Qarabağ"
Vüqar Mustafayev - "Qarabağ"
Fuad Bayramov - "İnter"
Abbas Hüseynov - "İnter"
Rəşad Əzizli - "Rəvan"
Budaq Nəsirov - "Kəpəz"
Azad Kərimov - "Kəpəz"
Tural Hümbətov - AZAL
Elvin Camalov - "Qəbələ"
Kerem Behnke - "TSG Neustrelitz" (Almaniya)
Taşkın İlter - "TSG Neustrelitz" (Almaniya)
Bilal Sezer - "Borussiya" (Münhenqladbax, Almaniya)