- Köhnə - İdman
- 10 Noyabr 2015 20:55
- 3 267
“Azəryol” CEV kubokunda 1/8 finalda
“Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kubokunda 1/8 final mərhələsinə yüksəlib.
AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Bakının qadınlardan ibarət komandası Rumıniyanın "Tarqoviste" klubunu qəbul edib.
Görüş "Azəryol"un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin Rumıniyada keçirilən ilk görüşdə "Tarqoviste" klubu 3:2 hesabı ilə qalib gəldiyi üçün "Qızıl set" oynanılıb. Həlledici setdə rəqibini 15:13 hesabı ilə məğlub edən təmsilçimiz növbəti mərhələyə yüksəlib.