“Bu məsələ gündəmdədir və müzakirə olunacaq”. “Bu məsələ gündəmdədir və müzakirə olunacaq”.

AFFA-dan rüşvət videosuna - Reaksiya

“Bu məsələ gündəmdədir və müzakirə olunacaq”.


Bunu AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu 2001-ci ildə UEFA kuboku çərçivəsində keçirilmiş Xorvatiyanın "Osiek" və Latviyanın "Dinaburq" komandaları arasında keçirilmiş oyunda AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.

Nərimanoğlu qeyd edib ki, Rövnəq Abdullayevin tapşırığına əsasənn komissiya yaradılacaq və araşdırma aparılacaq: "AFFA rəhbəri Rövnəq Abdullayevin bu məsələdən artıq xəbəri var. Onun tapşırığına əsasən komissiya yaradılacaq və məsələ araşdırılacaq".

Qafqazinfo.az