«Rəvan» rəsmisi «Neftçi»nin mətbuat xidmətini ittiham etdi «Rəvan» rəsmisi «Neftçi»nin mətbuat xidmətini ittiham etdi

Bəhruz Şirəliyev: “Sadıq Sadıqovun belə ifadə işlətməsinə inanmıram“ – MÜNASİBƏT

«Rəvan» rəsmisi «Neftçi»nin mətbuat xidmətini ittiham etdi



Topaz Premyer Liqasının X turunda səfərdə "Rəvan"a 0:2 hesabı ilə uduzan "Neftçi" klubunun düşərgəsində gərginlik yaşandı. İş o həddə çatdı ki, 7-qat ölkə çempionun rəhbərliyi və məşqçilər heyəti görüntü xatirinə olsa belə, istefa verdi. "Sarı-qırmızılar"a məğlubiyyətdən bərk qəzəblənən komanda prezidenti Sadıq Sadıqov, bu durumla bağlı "Neftçi"nin rəsmi saytına açıqlama verdi: "Təbii ki, "Neftçi"nin "Rəvan"a məğlubiyyəti ilə barışa bilmərəm. Çünki "Neftçi", "Rəvan" kimi komanda ilə hər oyunuda top buraxmadan qalib gəlməlidir. Buna görə də məğlubiyyətin səbəbləri mütləq araşdırılmalıdır".

Hazırda Həcc ziyarətində olan klub başçısının vəziyyətə munasibətindən belə aydın olur ki, "Rəvan"a yenilgi biabırçılıqdan başqa bir şey deyil. Yəni, sözü gedən paytaxt təmsilçisi ən zəif komandalardan biridir. Maraqlıdır, qarşı tərəf bu barədə nə düşünür? "Sarı-qırmızılar" həqiqətən də, futbolumuzda "keçid qapısı"dır? "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev AzNews.az-a açıqlamasında bu ifadəyə belə münasibət bildirib: "Hər hansı bir klub rəhbərinin digər klub haqqında bu kimi söz işlətməsini düzgün hesab etmirəm. Digər tərəfdən, mən Sadıq müəllimi yaxından tanıdığım üçün, onun şəxsən bizim haqqımızda konkret belə bir söz işlətməsinə inanmıram. Əminəm ki, o, belə ifadə vermək istəməzdi. Ola bilsin, onun sözünü klubun mətbuat xidməti düzgün işlətməyib. Əslinə qalanda, Sadiq müəllimin özü də indii Azərbaycanda yoxdur".

Kamran Hacı
AzNews.az