Bəhruz Şirəliyev: “Qış fasiləsində daha səviyyəli legionerlər alacağıq“

"Son günlər "Rəvan" klubunun çıxışı bizi sevindirir. Baş məşqçi Kamal Əlispahiçin dönüşü komandada xoş ovqat yaradıb". Bu açıqlamanı AzNews.az-a "Rəvan"ın vitse-prizidenti Bəhruz Şirəliyev verib. Klub rəsmisinin sözünə görə, qış fasiləsində "sarı-qırmızılar" daha gücləndiriləcək:

"Transfer siyasətini baş məşqçimizin istəyi əsasında həyata keçirəcəyik. Qış fasiləsində komandaya səviyyəli legionerlər cəlb olunacaq. Biz futbolçu alışını əsasən Sloveniya, Slovakiva və Portuqaliyada gerçəkləşdiririk. Bu dəfə də həmin amil istisna olmayacaq. İndi həmin çempionatlarda futbolçular izlənilir. Transfer pəncərəsi ərəfəsində özünü yaxşı tərəfdən göstərənlər bizə təklif olunacaq".

Qeyd edək ki, 11 oyundan 13 xal toplayan "Rəvan" klubu "Xəzər Lənkəran"la birgə 7-8-ci yerləri bölüşdürür. "Sarı-qırmızılar"ı ilk "altılığ"dan cəmi bir xal ayırır.

Kamran Hacı
AzNews.az