8 idmançı ilə yarışa yollanacağıq və dördülü qruplara bölünəcəyik 8 idmançı ilə yarışa yollanacağıq və dördülü qruplara bölünəcəyik

“Haqqımda bəzi sözlər eşidirəm ki…” - Rəfael Ağayevlə MÜSAHİBƏ

8 idmançı ilə yarışa yollanacağıq və dördülü qruplara bölünəcəyik

Bildiyiniz kimi, II Avropa Oyunlarının start götürməsinə 3 gün qalıb. Bununla əlaqədar olaraq yarış öncəsi minval.info-nun əməkdaşı karatenin şotokan növü üzrə milli komandamızın üzvü 11 dəfə Avropa, 5 dəfə dünya, 2 dəfə İslam və ilk Avropa Oyunlarının qalibi, “Qara Biriliant” ləqəbli Rafael Ağayevdən müsahibə alıb.

- Rafael, Avropa Oyunları öncəsi zədənin son durumu nə yerdədir?

– Məlum idi ki, ayağımdan aldığım zədə ucbatından 22 gün idi məşq etmirdim. Vəziyyət o həddə çatmışdı ki, yeriyə bilmirdim, lakin həkimlərim Nigar xanımla, Pərvin bəy çox çalışdılar, əllərindən gələni etdilər ki, sağalım və məşqlərə davam edim. Mən artıq 3 gündür, məşqlərə başlamışam, milli komanda ilə deyil, fərdi məşqlər edirəm. Onu da qeyd edim ki, zədə ilə bağlı problem çıxmasa, 80 faiz mən Avropa Oyunlarında çıxış edəcəm.

– Zədən olduqca ciddi imiş, yarışlarda nə kimi çətinlik törədə bilər?

– Zədəmin ciddi olmasının əsas səbəbi mənim yorğun olmam idi. Son bir ildə 81 döyüş keçirmişəm, bunun özü bir nəticədir. 81 döyüşün 79-da qələbə, 2 məğlubiyyət olub. Bayaq qeyd etdiyim kimi, 2 gündür, məşqlərə başlamışam, yarışın da start götürməsinə az vaxt qalıb. Demək olar ki, yarışa məşq etmədən yollanacağam. Cəmi 5-6 gün məşq edib, birbaşa Minskə gedəcəyəm.

– Bu yarış “Tokio-2020″ə lisenziya xarakteri daşıyır. Bununla bağlı məlumat verərdin?

– İlk dəfədir ki, karate idman növü yay olimpiya oyunlarında yer alıb. Qaydalara görə, bu idman növündə lisenziya almaq bir az çətindir. Olimpiyadaya lisenziya qazanmağımız üçün əvvəlki xallara və nailiyyətlərə stop qoyulub. Olmpiyadanın lisenziya xarakterli yarışları ötən ilin sentyabrından başlayıb. Hamı kimi mən də 0 xalla yarışlara başlamışam, artıq dünya reytinqində birinci, olimpiya reytinqində ikinciyəm. Artıq bir yarış buraxmışam. Olimpiya reytinqində 1-ci olan məndən cəmi 120 xal irəlidə olan İtaliyalı idmançı Luici Busadır. Son Avropa Çempionatında onunla qarşılaşdım, sona 36 saniyə qalmış 1 xal verdim, lakin xal ala bilməmişdim. Buna rəğmən, mən Avropa Oyunlara yaxşı nəticə qazanmaq üçün yollanacağam. Çalışacağam ki, “Tokio-2020″ə vəsiqə əldə etmək üçün xal toplayım.

– İtaliya rəqibin Luici Busa ilə bir daha qarşılaşma ehtimalı var?

– Onunla ayrı qruplarda olacağam, italiyalı idmançı B-A və yaxud mən A-B. Mən yalnız onunla yarım final və final mərhələsində görüşə bilərəm. Çalışacağam ona qalib gəlim.

– Ümumi komandada əhval-ruhiyyə necədir?

– Komandamızda hər şey normaldır, güclü idmançılarımız var. 8 idmançı ilə yarışa yollanacağıq və dördülü qruplara bölünəcəyik, qrupda 2 və ya 3 qələbə qazanarsam, birbaşa yarımfinalda o biri qrupun 2-ci, ya 1-cisi ilə mübarizə aparacağam.

– Görən odur ki, qızıl medal əldə etmək şansınız yüksəkdir. Razısınız?

– 5 görüş keçirib, qızıl medal əldə etmək asan görünür, amma bəzi sözlər də eşidirəm ki, “34 yaş artıq çoxdur, idmandan getməlidir” və s. Mən belə düşünmürəm, bütün fikirlərə hörmətlə yanaşıram, lakin nə qədər gücüm varsa, çıxış edib, qələbələr qazanım, xalqımızı sevindirim. Necə ki, burada deyirəm, inşallah, gedib, Avropa Oyunlarında medal qazanım. Ən əsası vətənə qızıl medal gətirim.

AzNews.az