Sabiq icra başçısı: "Laçında ilk olaraq Sultan baba pirinə gedəcəm" - MÜSAHİBƏ

AzNews.az portalının suallarına Laçın rayonunun sabiq icra başçısı, ehtiyyatda olan polis polkovniki Akif Səlimov cavab verir

- 44 günlük müharibə arxada qalıb və Ermənistanın kapitulyasiya aktı hesab edilən Üçtərəfli Bəyanatın bir çox maddələri gerçəkləşib. Nəticələri Siz necə qiymətləndirirsiniz?

- 2020- ci ilin sentyabrın 27-də başlanan savaş əslində cəmiyyət üçün tam gözlənilməz olmadı. 28 il düşmən tapdagında qalan Qarabağın sahibi olan xalq nə vaxtsa bu hadisənin şahidi, təşəbbüsçüsü, hərəkət verici qüvvəsi olmalı idi. Çox uzun müddət gözləsək də, yetişən əlverişli tarixi situasiyanı, reallığı mütləq olaraq duyduq, dəyərləndirdik. 44 günün nəticəsi xalqımıza tarixdə ilk dəfə olaraq vətən müharibəsi qalibi adını yaraşdırdı. Müharibənin nəticəsinə görə bağlanan Üçtərəfli Saziş o anın, o zaman kəsiyinin tələbi idi, təkidli tələbi! Bu saziş ətrafında üç min rəy, mülahizə, analiz söylənsə də, fərq eləmir, mümkünat bu idi. Əks halda, dünyanın həmin günlərdəki hərbi-siyasi durumunda “əzabkeş erməni xalqının” Qarabağda guya qətliama uğradılması barədə bir çubuqla idarə olunan xristian xorunu kəsmək mümkün olmazdı. Ermənistan ordusunun Rusiya tərəfindən fasiləsiz olaraq silah və sursatlarla təmin olunduğu bir vəziyyətdə Prezidentimiz İlham Əliyev dünyada heç bir liderin edə bilməyəcəyini etdi. “Azərbaycan” adlı dövlətimiz haqq işi ugrunda dünyaya meydan oxudu, qorxmadı, çəkinmədi. İlham Əliyev elə bir tarixi məqam seçmişdi ki, qılıncının qəbzəsindən qan daman dünya nəhəngləri qımıldanmaga macal tapmadılar, erməni tərəfdən döyüşəcəyinə hər kəsin inandıgı nəhənglər susdu, Makron kimilərinin isə istehzalı gülüşdən başqa əldə etdikləri bir şey olmadı.

- Hərbi stratetigiya və taktika baxımından Vətən savaşını necə qiymətləndirirsiniz?

- Müharibədə strategiya qüsursuz, taktika işlək oldu. Hazırlanmış strategiya təkcə düşmən və onun havadarları üçün yox, dünya hərb mütəxəssisləri üçün də gözlənilməz oldu. Hətta bizim köhnə, ətalətli, bolşevikbaş generallarımız üçün də. Qoşunların idarə olunmasında vərdiş etdiyimiz ənənədən uzaq yeni bir nəfəs, inam, etimad, etibarlı təminat, operativlik, nəticə üçün çalışmaq və zabit şərəfi ilə hesabat vermək bir reallıq kimi ortada idi. Düşmən özü də etiraf etdiyi kimi, bizdən rus hücum qaydaları gözləyirmişlər. Yəni, öncə tanklar gedir, arxası ilə piyadalar düşür... Amma daha fərqli bir plan gerçəkləşdi. Ali Baş Komandanın ordu islahatlarının sınaq meydanı oldu bu müharibə və özünü doğrultdu. Yeni yaranan strukturlar, klassik döyüş qaydalarından fərqli əməliyyatlar, tam, müasir döyüşçü əskər hazırlıgı həlledici anlarda həlledici zərbəni vurdular. Müharibəyə hazırlıq prosesinin necə incəliklə, uzaqgörənliklə, yüksək texnologiyalara üstünlük verib, önə çəkməklə, ordunun müasirliyə yönəlik psixologiyasını əsaslı dəyişdirməklə, hər bir fərdin “mən” ini özünə qaytarmaq və onları professional etməklə yeniləndi ordumuz. Haysız, küysüz,səbrlə, agılla! Ali Baş Komandan məhz belə ordu ilə qələbə qazanmaq mümkünlüyünü hər bir zabitə aşıladı. “Azərbaycan” deyəndə agız büzən dövlətlər İlham Əliyevin diplomatiyası, çıxışları, bəyənatları, müsahibələri və ədalətli izahları müqabilində təəccübdən agızlarını çox geniş açası oldular. 44- günün nəticəsi yüzillərdir qanımıza hopmuş qorxunu rədd etdi canımızdan. Azərbaycan kişisinin məzmunu, qəddi düzəldi. Bu gün uşaqdan böyüyə hər kəs bilir ki, Vətən Müharibəsinin memarı İlham Əliyev və onun döyüşə hazırladıgı əsgər və zabitlərimizdir.

- Ermənistanda revanşist qüvvələrin olması hər kəsə məlumdur. Erməni cəmiyyətini tanıyan şəxs kimi, necə fikirləşirsiniz, revanşist qüvvələr önə çıxa biləcəkmi və əgər önə çıxarsa, “Dəmir yumruq” yenidən işə düşəcəkmi?

- “Erməni” deyilən toplum içərisində revanşist əqidəli olmayan bir erməni də yoxdur. Bunu birdəfəlik bilməli və qəbul etməliyik. Bu xalqın nə dini, nə dövləti, nə də mənəvi bünövrəsi saglam əsasda qurulub. Ermənistanın hər üç prezidenti Kim Kardaşyanın əlini öpür. Bundan o yana, bu xalqa deyiləsi sözmü qalır? Real vəziyyətdə revanşist qüvvələrin 70-80 faizi və onların liderləri Qarabag erməniləridir. Bizə görə orda kimin hakimiyyətə gəlməsinin elə bir fərqi yoxdur. Paşinyan hakimiyyətdədir, müharibə ləzzətini daddı, amma imkan düşən kimi, yenə “Artsax”ın statusundan, suverenliyindən danışır. Ermənistanda birinci şəxs faşist olsun, demokrat olsun, lap quzubala olsun, o xalq düzəlməz. “Dəmir yumruq” daha da böyüməli, sıxılmalı, biraz da hündürə qalxmalıdır ki, səhər yerindən oyanan erməni onu başı üzərində mütləq görsün. Yumruq, məncə, bir dəfə də işləyəcək.

Akif Səlimov ermənilərdən alınmış silah-sursatla birlikdə. Laçın, 1991-ci il.

- Azərbaycan prezidenti İlham Əliyevin açıqlamalarından belə məlum olur ki, Qarabağdan, o cümlədən Qarabağın dağlıq hissəsindən köçkün düşmüş vətəndaşlarımız öz yurdlarına geri qayıdacaq. Sizcə, ermənilər, lap elə bizimkilər, məsələn, Xankəndində birgə yaşayışa hazırdırlarmı?

- Keçmiş Daglıq Qarabagı tərk etməyə məcbur olmuş azərbaycanlıların hamısı öz əvvəlki yaşayış yerinə qayıdacaqlar. Burada ayrı bir variantı ola bilməz. Xankəndində yaşamış bütün azərbaycanlılar da həmin şəhərə qayıdacaq və yaşayacaqlar. Necə, nə cür? Bunu dövlət ən qısa zamanda həll edəcək. Xankəndində siftə vaxtlar biraz, çətinliklər ola bilər. Ancaq 3-5 aya hər kəs vərdiş edəcək. Biz indi qalib xalqıq, erməninin belini qırmışıq. Bir işə qəti imkan vermək olmaz ki, birgəyaşayış haqqında gündə bir sorğu aparılsın, erməni də desin ki, yox, bir yerdə yaşaya bilmərik.Belə olsa, bizimlə yaşamaq istəməyənləri köçürməliyk. Azərbaycan bu səpkidə sərt və güzəştsiz mövqe sərgiləyəcək.

- Əhali qayıtdıqdan sonra Qarabağda ermənilər diversiya qrupları şəkilndə terror aktları törədə bilərlərmi?

- Diversiya və terror aktları bir ehtimal kimi heç zaman istisna olunmamalıdır. Çünki terror bu xislətlilərin özünüsübut və özünütəsdiq vasitəsidir. Buna cəhd edəcəklər ki, gözümüz qorxsun,öz insanlarını da yolda, dağda, bağda öldürüb, bizim üstümüzə atmaq istəyəcəklər. Ancaq Azərbaycanın xüsusi təyinatlı hissələri imkan verməzlər ki, düşmən əl-qol aça. Bir də Türkiyə-Rusiya birgə monitorinq mərkəzi hər yerə nəzarət etmək iqtidarındadır. Diversiya və terrorun Qarabagda baş verməsi ehtimalı az olsa da, Ermənistanla sərhəd boyunda və yaylaqlarda xüsusi tədbirlərə ciddi ehtiyac olacaq.

- 44 günlük savaş zamanı ordu öz sözünü dedi, ictimai asayişin qorunması üçün məsuliyyət DİN-in üzərinə düşəcək. Ancaq DTX və XKX-nın Qarabağda fəal və planlı işləməsi lazım gələcək ki, yenidən seperatizm meyilləri formalaşmasın. Necə düşünürsünüz, bizim DİN, DTX, XKX bu çətin missiyaya hazırdırmı?

- Ordu sözünü dedi. Müharibənin sütunu və işlək orqanı Azərbaycan ordusu, onun əskər və zabit heyyəti, bir neçə səngər generalımız, qərargahda yaxşı tanıdıgımız beyin mərkəzi, Ali Baş komandan idi. Ali Baş Komandan ordunu saat mexanizmi kimi dəqiq işlətdi. Ərazilərimiz işgaldan azad olunmaqla bərabər, yerlərdə tam fərqli bir mənzərə var. İlk baxışda sakit, səssiz, əslində isə çox çətin əməliyyat şəraiti. DTXvə XKX spesifik vəzifələri icra edən xüsusi orqanlardırlar. Müharibənin gedişi və sonrakı dönəmlərdə bu orqanlar haqqında ancaq yaxşı sözlər, fərəhləndirici münasibətlər eşiştmişəm. Azad olunmuş ərazilərdə xidmət aparan DİN ümumi fəaliyyətdən başqa, şəraitin diqtə etdiyi şərtlər daxilində də xidmət aparır. Silah sursatın tapılıb təhvil verilməsi, qadağan olunmuş ərazilərə icaəsiz girişlər və baş verən bədbəxt hadisələr, gizli yollarla ev eşiklərinə baxma istəkləri... Bütün bunlar əlavə qrafik, zəhmət tələb edir. Sözsüz ki, şərəfli polislərimiz öz vəzifələrini nümunəvi icra edir, xüsusi xidmət orqanları ilə birlikdə düşmənə qarşı mübarizənin önündə dayanırlar. Bu orqanların fəaliyyətindən bədgüman olmağa heç bir əsas yoxdur.

- Hazırda sərhədlərin dəqiqləşdirilməsi prosesi gedir. Laçın camaatını maraqlandıran əsas suallardan biri də Qaragölün taleyidir. Qaragöl bizdə qalacaqmı?

- Məlumatlara görə, sərhədlərin dəqiqləşdirilməsi SSRİ- nin 1975- ci il xəritələrinə görə aparılır. Bu səpkidə elan edilmiş dəqiq istinad sənədi yoxdur. Amma Sovetin kəshakəs vaxtı o göl uğrunda gedən mübarizə yadımızdadır. Əgər 1975- ci il xəritəsinə istinad edilsə, tam bizim olacaq. İndi orada iqlim şəraiti də işləmək üçün əlverişli deyil. Şübhəsiz ki, yazda dəqiqləşmələr tamamlanacaq.

- Doğulub boya-başa çatdığınız, Birinci Qarabağ savaşı zamanı polis rəisi, daha sonralar İcra başçısı olduğunuz Laçına qayıdış və Laçında yeni həyat necə olacaq?

- İndiki halda heç kəs qayıdış mexanizmini dəqiq təsəvvür edə bilməz və hamını qane qane edə biləcək vəziyyətdən danışmaq da tezdir. Qayıdışda özfəaliyyət olmayacaq. Laçın şəhərində evlərin əksəriyyəti salamatdır. Komanda olan kimi hərə gedib öz evinə yıgılacaq. Kəndlər isə xarabalığa çevrilib. Qayıdışın ən optimal variantını hökumət hazırlayacaq, planlı şəkildə, qrafik üzrə əhali köçürüləcək. Çətin prosesdir, amma dönməz prosesdir. Əvvəlki, biz görən Laçını yaratmaq çətin olacaq. 50 yaşdan yuxarı insanlarımız çox qayıtsa, müasir gənclik ənənələrimizə hörmətlə, qaygı ilə yanaşsa, vəziyyətdən ellikcə çıxarıq. Rayonu idarə edən, əhaliyə xidmət göstərən məmurlar, vəzifəlilər tam müasir, bacarıqlı, intellektli, dünyadan baş çıxaran, çevik, obyektiv və ədalətli olmalıdırlar. Təzə qurulacaq Laçına məkr, hiylə, xəbislik, intriqa, dedi-qoduçuluq, tayfabazlıq, zonabazlıq kimi neqativliklərin ayaq açmasına yol vermək olmaz. Mütərəqqi dədə-baba ənənələrinə uyuşan yeni simalı Laçınımızın olmasın istəyək.

- Əslən laçınlı olan, ancaq Laçında doğulmayan, daimi yaşamayan, lakin orada dədə-baba yurdu, mülkləri olan insanlar var. Torpaq və gen onları da Laçına çəkir. Bu cür insanlara Laçına qayıtmaq imkanı veriləcəkmi?

- Camaatımız Laçına qayıtmaq əzmindədir. Laçından kənarda doğulub-böyüyən, Laçında yaşamaq istəyən laçınlılara da, məncə, torpaqlar, ərazilər veriləcək. Yüz il bundan öncəki babasının yurdunun yeri hələ də qalan, bağ salan, indi də o babanın adı ilə adlanan əraziyə bir özgə niyə sahiblənməlidir ki? Laçında yüzminlərlə insan üçün şərait və təbii resurslar var.

- Laçında ilk olaraq haranı ziyarət etmək istərsiniz?

- Laçında ilk olaraq Sultan Baba ziyarətinə və o ziyarətgahın yanındakı Həzrət Əli bulağına gedəcəm. Bir əzizimlə əhdim vardı, indi yoxdu həyatda. Onun ruhu ilə birlikdə gedəcəm.

- Bəs, Akif Səlimov Laçında alaçığını harada quracaq?

- Hər zaman Qara göl yaylağında, Çilli bulağının yanında qurardıq biz alaçığımızı. Yenə orada alaçıq qurmaq istəyirəm. Həyat öndədir hələ. Hələ dağlardan halallıq almagım neçə il çəkəcək, bilmirəm.

AzNews.az