"Burada ancaq bir raket var yanaşması mövcud idi" -Zahid Oruc

Qarabağı azad etməklə türk dünyasının kürəyinə sancılmış xəncər çıxarılıb

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

AzNews.az həmin müsahibəni təqdim edir:

- Zahid müəllim, Türk Şurasının növbəti zirvə toplantısında mühüm qərarlar, bəyanatlar verildi. Yeni dönəm üçün türk dövlətlərinin birliyini necə qiymətləndirmək olar?

- Türk Şurasının zirvə görüşü çox mühüm bir dövrdə keçirilib. Hazırkı şəraitdə zirvə görüşünün videoformatda olması əvvəlki dövrlə olan fərqləri aradan qaldırır. Bu, artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilir. Zirvə toplantısında hər bir dövlət rəhbərinin gələcək dövrlə bağlı öz yanaşmalarını, strateji düşüncələrini bölüşməsi çox vacibdir.

Türk dövlət rəhbərləri nə düşünür? Dünyamız və yaxud region necə olacaq? Hazırkı reallıqlarda onların arasındakı münasibətlər nə dərəcədə dayanıqlı və sabitdir? Başqa tərəfdən keçən 10 illər ərzində burada əsas aparıcı yer tutan Türkiyənin və Azərbaycanın cəhdləri sayəsində bu birlik bölgədə siyasi-iqtisadi mənada şəkillənə bilibmi? Tarixdən, min illərin dərinliklərindən gələn etnik, milli, din və s. kimi bağlar qorunmaqla yanaşı müasir çağırışlara bu dövlətlərin yanaşmaları necədir? Onların davranışları həqiqətəndə biri digərinin gözləntilərini nəzərə alırmı və.s? Bütün bu komponentlər üzrə axtarışlar edəndə görünür ki, həqiqətəndə, türkdilli dövlətlər arasındakı yaxınlaşma inistutsional bir struktur sistemlərinin yaranmasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük rolu olub. Burada ən həssas dövrlərdə o dövlətlərin mövqeyinin çətin formalaşa biləcəyi zamanlarda ölkə rəhbərinin göstərdiyi qətiyyət, dözüm öz müsbət nəticələrini verdi. Bir sıra hallarda bu dövlətləri bir-birindən ayırmaq, hətta müəyyən zamanlard birini, digərinin əleyhinə çevirmək yönündə fəaliyyətlər mövcud idi. Bu sırada Azərbaycanla Türkmənistan arasındakı müsabitələri vurğulamaq olar. Xəzər okvetoriyasında onların əgər hərbi gəmiləri üz-üzə gələrdisə, razılaşaq ki, bu türkdilli dövlətlər məkanına mənfi təsir gəstərəcəkdi. O cümlədən Özbəkistanla Türkiyə arasında münasibətlər müəyyən bir sınaqlardan keçdi. Qırğızıstanın özünü bu proseslərdən ayırmağa çalışdılar. Qazaxıstanla bəlli vəziyyətlər, geopolitik olaraq gərginləşdi. Bir-birini əvəzləyən fərqli siyasətlər müşahidə olundu. Amma ən sonda yeni bir reallığa gəlib çatıldı. Həqiqətəndə bu istiqamətdə səylərin əbəs olmadığı gündəmə gəldi. Belə bir platformada cənab Prezidentin çıxışı strateji düşüncə ilə Qarabağla, regionun gerçəklikləri, Vətən müharibəsinin başlıca səbəbləri və yekunları ilə bağlı fikirləri onların mövqeyinin daha sabit, ciddi şəkildə formalaşmasına təsir edir. Türkiyə dövlətinin lideri regional və digər məsələlərdə keçidləri bu qrumda təmsilçiliyi və dominant rol oynaması digərlərini nəinki əzmir, aşağılamır, onlar üzərində hansısa bir diqtəedici status təzahür etmir. Əksinə qoruyucu, aparıcı, yol açan yeni hədəflərə doğru aparan bir qüvvə kimi çıxş etdiyini göstərir. Azərbaycan və Türkiyə liderlərinin Qarabağ məsələsi ilə bağlı eyni bir dildə danışması və çağırışlarda olması da çox əhəmiyyətlidir.

- Cənab Prezident Zirvə toplantısındakı çıxışında Zəngəzur dəhlizinin önəmini diqqətə çatdırdı. Bu layihənin türk xalqlarının daha geniş arealda əməkdaşlığı üçün imkanlarını necə dəyərləndirmək olar?

- Bəli, bu məsələ cənab Prezidentin Zirvə toplantısındakı çıxışında dilə gətirildi. İnternet resurslarında son bir aya qədərki dövrə dair axtarışlar versək nəinki, googl üzərindən digər platformalarda da bu ifadəni tapmaq mümkün olmayacaq. Zəngəzur mahalı, Zəngəzur diyarı, Zəngəzur məkanı olacaq. Amma bir dəhliz kimi bunun ifadəsi məhz cənab Prezidentin geostrateji təfəkkürünün ifadəsidir. Bu həm də Vətən müharibəsinin təzahürüdür. Bu öz-özlüyündə siyasi məna kəsb edən informasiya məkanında yayılır. Sonradan özünə iz açıq. Addım-addım bizim bu məkanlarda irəliləməyimizə təsir göstərəcək. Bu türk dünyasını bu regionda sosial iqtisadi-siyasi və təhlükəsizlik məsələlərində ortaq şərtləridir. O cümlədən cənab Prezident türk dövlətlərini Qarabağa dəvət etməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə liderlərinin Qarabağda, Şuşada görüşü dünənə qədər bir işğal reallığı altında olan bir mənəviyyat və mədəniyyət paytaxtımızın bütün türk dünyasına açılması dünya üçün də bir çağırış idi.

Fərqindəyik ki, Qarabağ məsələsində hər bir dövlət rəhbərinin daha kəskin və birmənalı mövqe gözlənilir. Bu başa düşüləndir. Düşündürücüdür ki, Türkəminstan liderinin Xəzər ətrafında Azərbaycanla razılaşmaları zamanı ölkəmizin bu uğurlarına sevindiyini dilə gətirməsi və Özbəkistan liderinin də bunu vurğulaması bütövlükdə belə bir mənzərəni ortaya qoyması ölkəmiz üçün vahid mövqenin ortaya qoyulmasını şərtlədirib. Bu çox vacib bir məsələdidir. Ermənistan siyasətində bu məqam böyük önəm kəsb edirdi. Bunu bir mənfur plan kimi də işləyirdilər. Xatırlayırıq ki, Qırğızıstan lideri Əsgər Akayevin İrəvanada qondarma soyqırım abidəsinə əklil qoyması Azərbaycan ictimai fikrində haqlı olaraq süngü ilə qarşılanmışdı. Çünki bu ermənilərin iformasiya təbliğatına dəstək idi. Sanki vahid türk mövqeyinin parçalanması kimi erməni ideoloqlarına və siyasətçilərinə imkan yaradılmışdı. Bütün hallarda görüşlər, razılaşmalar o cümlədən cənab R.T.Ərdoğan və cənab Prezident İlham Əliyevin qalib liderlər kimi hamıyla qalibiyyəti bölüşməsi, qələbəni onlarla paylaşması fərqli bir yanaşma idi. Bu ölkələrin həyatında uğurlar baş verəndə sanki, bu bir məhəlli miqyas alırdı. Amma indi fərqli bir düzən yaranıb. İndi bir sıra dairələrin də fərqli bir etnik əsaslarda bu münasibətləri şəkilləndirərək digərlərinə qarşı qoymaq keçmiş imperiya planları kimi təqdim etmək öz-özlüyündə başqa dairələrin işinə yarayır. Onlar özlərinin neoimperialist siyasətlərini bəzən buradan səslənən baxışlarla əlaqələndirirlər. Sanki birləşmək istəkləri ilə öz cəmiyyətlərini təşkilatlandırırlar. Bununla siyasi xallar əldə edirlər. Cəmiyyətdə özlərini patriotik formada təqdim edirlər. Siyasi qüvvələrin, təşkilatların, rəy liderlərinin mövqeyi əsasdır. Ona görə də, burada çox dəqiq leksionlardan istifadə olunmalıdır. Qarabağı azad etməklə türk dünyasının kürəyinə sancılmış xəncər çıxarılıb.

- Ermənistan tərəfi “İsgəndər” raketləri ilə bağlı manipuliyasiyalara yol verir. Bəlum oldu ki, Şuşaya qarşı bu dağıdıcı raketdən istifadə olunub. Şuşanı öz adlarına çıxan bir toplumun ona qarşı belə bir dağıdıcı mövqedən çıxış ertməsi arasındakı paradoksu necə izah etmək olar?

- Hələ Vətən müharibəsi başa çatmamış “İsgəndər” raketi ətrafında Ermənistan cəmiyyətində hərəkətlənmə, ümid işığı, ona tapınmaq, sitayiş etmək, bəzən taleyini onun vasitəsilə həll edəcəyinə ümidlər bəsləmək mövqeyi və digər cinahın isə bununla onların həyatlarına daha böyük zərbələrin gələcəyi versiyaları yer alırdı. Vaxtilə bu məsələ ətrafında Azərbaycan cəmiyyəti ilə sifahı dialoq apararkən bildirilirdi ki, əgər bir ölkə iqtisadi-sosial izolyasiyada özünü saxlayırsa, heç bir strateji silahlar onun gücünü artırmır və xilas etmir. Əksinə sanki Ermənistan bir “İsgəndər” raketinə çevrilir. Orada heç nə yoxdur, əhali yaşamır, onun gerçək iqtisadi tələbatları mövcud deyil. Burada ancaq bir raket var yanaşması mövcud idi. Asiya qitəsində bəzi ölkələr o formalı modeli bəzən də istəyirlər ki, bərqərar etsinlər. Faktiki olaraq vurğulanırdı ki, “İsgəndər” raketi nə zamansa, müharibə dövründə Azərbaycana qarşı istifadə ediləcəksə, bu məhz onun düyməsini basan ölkəni partladacaq.

Ona görə ki, bu coğrafiya belə strateji silahların savaş meydanı deyil. Hərbi doktrinada nə qədər özlərini bu cür silahlandırmaqla bağlı müddəalarla qorumağa çalışsalar da hələ ki, gerçəklik tamam fərqlidir. Bu gün başqa silahlar da almaq olar. Ancaq bu bölgədə yaşayıb, belə bir silahları tətbiq edərək, sonra da qarşında bunları görəcəksən. Faktiki olaraq Ermənistan başından ayağına ölçdükdə bu silahların radiusundan geri qalır. Belə olan şəraitdə onların bunu tətbiq etməsi və sonradan Paşinyanın onların ən son xilas üçün buna əl atdığını bildirmələri ardınca, onun Rusiyanın hərbi strateji gücünə mənfir təsir göstərdiyini görüb öz bəyanatından geri durması öz-özünü təkz idi. Bu sübüt edirdi ki, həqiqətəndə Ermənistan cəmiyyəti mənəvi, siyasi xüsusilə də hərbi kriz yaşayır. Bu onların 30-dan artıq generalının üsyan qaldırması və siyasi hakimiyyətlə qarşıdurmalarında özünü göstərdi. Bunun bir elementi də “İsgəndər” raketidir. Azərbaycan isə özünün əsas şəhərlərinin, strateji infrastrukturunun təhlükəsizliyini təmin edəcək addımları öncədən atmışdı. Bu digər raketlərin zərərsizləşdirilməsində özünü göstərdi. Ola bilsin ki, Bərdə, Gəncə və digər şəhərlərlə bağlı daha yeni addımlar atılacaq. Ali Baş Komandan dəfələrlə söylədi ki, müharibə dövrünün təcrübəsini gələcək hərbi quruculuğumuz üçün bundan istifadə edəcəyik. Dünyada belə hallardan yararlanırlar. Müxətlif aparıcı dövlətlərin özündə belə bu proses gedir.