Göyçədə alban abidələri. Alman alimləri köçürmələrdən nələr yazıb?- Göyçəlilər VƏTƏN HÜQUQUndan danışır

“Qara çantamda “Bir gəncin manifesti” və Füzulinin “Seçilmiş əsərləri”ni götürdüm” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Rizvan Nəbiyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərinin kənddə, Göyçə gölünə tökülən kiçik çaylarda balıq tutmaqla keçdiyini, qışda xizəklə sürüşdüklərini bildirib, kəndin məhəllələri, tayfalarından danışıb, 1948-1953-cü illərdə azərbaycanlılar Qanlı kəndindən qovularkən onların örüşü, otlağı, əkin sahələrinin qonşu kəndlər arasında bölüşdürüldüyünü deyib: “Kəndin adı soyqırımına məruz qalıb, 3 dəfə – Qanlı, Qamışlı və Torfavan olaraq dəyişdirilib. Kənddə bir neçə yerdə olan alban qəbiristanlığındakı xaçlar erməni xaçlarından tamamilə fərqlənirdi”.