Bir neçə ay əvvəl “hüquqşünas” Oqtay Gülalıyevin təmsil olunduğu Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) “təşkilat”ının həqiqəti əks etdirməyən “Avropa işi” adlı hesabatı yenidən gündəmə gəlib. Bir neçə ay əvvəl “hüquqşünas” Oqtay Gülalıyevin təmsil olunduğu Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) “təşkilat”ının həqiqəti əks etdirməyən “Avropa işi” adlı hesabatı yenidən gündəmə gəlib.

Oqtay Gülalıyev ifşa edildi: Dələduzluqda ittiham olunur - FOTOFAKT

Bir neçə ay əvvəl “hüquqşünas” Oqtay Gülalıyevin təmsil olunduğu Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) “təşkilat”ının həqiqəti əks etdirməyən “Avropa işi” adlı hesabatı yenidən gündəmə gəlib.

Bu dəfə həm təşkilat, həm də onun yalan-dolan hesabatları ətrafında ciddi qalmaqal cərəyan etməkdədir. Belə ki, bir neçə gündür “Facebook” sosial şəbəkəsində elə Oqtay Gülalıyevin tərəfdarları, təmsil olunduğu mərkəzin “fədailəri” bir-birilərini ifşa etməklə məşğuldurlar. Təhqirlərlə dolu olan müzakirələrdə SMMM-ın hesabatlarının qərəzli, qeyri-dəqiq və Avropaya manipulyasiya məqsədilə hazırlandığı etiraf edilir.

Məsələ ətrafında öz tərəfdaşları arasında yaşanan söz-söhbətlər Oqtay Gülalıyevi də özündən çıxarıb və dözməyərək bir status “guppuldadıb”. Qeyd edib ki, son zamanlar təmsil etdiyi Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) və hazırladıqları “Avropa işi” hesabatı ilə bağlı bəziləri stəkanda fırtına yaratmaq eşqinə düşüblər. Bəzi dostları da çaşdırmağa çalışırlar. Kimlərsə onların yolunu davam etdirmək, sifarişlərini yerinə yetirmək istəyirlərsə, buyursunlar…

“Hesabatı gözdən salmaq üçün bəziləri öz aləmlərində kapmaniya aparırlar. Söz tapa bilmirlər deyə irad tuturlar ki, hesabatı ingiliscəyə və almancaya kim tərcümə edib (?!). Cavid Cabbarlı-Alışov SMMM-in Avropa koordinatorudur və s. Adama deyərlər heç sizə dəxli var? İşiniz-gücünüz yoxdur?” – deyə, Gülalıyev fəryad edib. Daha sonra o, bildirib ki, hesabatı ingiliscəyə Bakıdakı yerli dostları, almancaya isə Almaniyada yaşayan mühacir dostlarından Elmir Şirəliyev, Elnur Mirzə, Fuad Əkbərov, Elşən Abdullayev, Camal Seyidli, Sevinc İsgəndərova və digərləri öz daxili imkanları hesabına tərcümə ediblər.

Gülalıyev onu və hesabatını tənqid edən müxalifət düşərgəsini də zənni ilə “çarmıxa” çəkib. Sitat: “Müxalifətçi olduqlarını iddia edirlərsə, gedib hakimiyyətə qarşı səmimi mübarizə aparsınlar. Hərgah onların fəaliyyətində və facebook səhifələrində bu görünmür. Yox, hakimiyyətin maşası rolunda çıxış edib kimdənsə mədət umurlarsa, özləri bilərlər...”.

Elə əsl “qrğın” da bundan sonra başlayıb. Jurnalist Gülnaz Qənbərli Oqtay Gülalıyevi ciddi şəkildə ittiham edərək:

- “Bəs mən sizə canlı yayımda bir elə sual verdim, niyə cavablandırmaq istəmirdiniz? Mən verdiyim sözu tutdum və sizin cavab verməyə ehtiyat etdiyiniz sualları vermədim. Məgər indi yazdığınız adları efirdən səsləndirməyə sizə kimsə icazə vermirdi? Ya cəsarətiniz çatmırdı? Əslində, bu şəxslərin adlarını da fikri əsl obyektdən uzaqlaşdırmaq üçün yazıbsınız. Nə problem varıydı ki, onların adlarını çəkməkdə. Bizim telefon danışıqlarımız var, hamısı da durur. Nə əcaib şeylər yazmısınız eee? Yeganə Əmiraslana, Fuad Ağayevə, Əli Oğuza və adlarını bilmədiyim digərlərinə qara yaxanlarla bağlı da fikirləriniz durur…”.

Sonra jurnalist qeyd edir: “Həftələrlə müxtəlif bəhanələrlə canlı yayımdan qaçdınız, Cavid Cabbarlı-Alışovdan da yaxşıca istifadə etdiniz və bir kənara atdiniz... Başqalarını bilmirəm, mənim əlimdə tutarlı faktlar var. Kiii... bu, hesabata siyasətə dəxli olmayan dələduzlar, korrupsionerlərin adları olan maliyyə dəstəyi müqabilində salınıb. Sizi hamı siyasi mühacir alverində qınayır, bəy... Niyə fürsətdən istifadə edib canlı yayımda tutarlı cavab vermirdiniz?..”.

G.Qənbərli əlavə edir: "Guya, haqq uğrunda mübarizə apardığın hazırki hakimiyyətdə bu qədər dələduzluq yoxdur, nəinki Siyasi Məhbusların Müdafiə Mərkəzinin sizin sayənizdə hazırlanan hesabatında. Bunu yazmağa məni məcbur etdiniz. Mərdi qova-qova namərd etməyin".

Ardınca Yeganə Əmiraslan yazır:

“Bu oyunda bu dəfə uduzan təkcə “qurbanlar” deyil, qurban edənlərin özləri də olacaq. Dəhşətdir, ortada ciddi saxtakarlıq faktı var və Oqtay Gülalıyev deyir "sizə nə dəxli var?”. Yəni bir növ, "əcəb eləmişəm"... Hər kəs həddini bilsin. Dünənki uşaq-muşaq gəlib Avropada siyasətçilik oyunu oynamasın bizimlə. Azərbaycanda heç bir siyasi fəaliyyəti olmayan, lakin tək bir ailəyə qarşı belə dələduzluq edib Avropaya qaçan kim olsa, onu ifşa etməkdə davam edəcəm... Həmin dələduzu Avropa qurumlarına "siyasi mühacir" kimi sırıyanların da burnundan gətirəcəm yediklərini. Bu hesabatda mən Azərbaycanda yüzlərlə ailəyə qarşı dələduzluq edən bir yaramazın adının olmasına etiraz edirəm və demək olar ki, bütün həmsöhbətlərim mənimlə həmrəylik nümayiş etdirirlər... Oqtay bəy cığallıq formatını heç düzgün seçməyib. Avropadakı komandasını da kifayət qədər qeyri-peşəkar yönləndirir. Çox təəssüf...”.

Sonra Taleh Xasməmmədov Əli Oğuzun statusu ilk bəyənənlərdən olduğu üçün çox təəssüf edir və onu əslində həqiqətləri bilməkdə ittiham edir. Yeganə Əmiraslan isə “Taleh, çox-çox təəssüf ki, sizə də bütün mətləblər aydın olsa da həqiqətdən uzaq durursunuz. Haqq olan yerdə bu şəkildə dost "müdafiəsinə" qalxmaq yaxşı təsir bağşlamır...” - deyə cavab verir.

Söhbətə Əli Oğuz qoşulur: “Taleh bəy, mənə agent damğası vuranlara qarşı hansı mübarizəni aparırdız indiyə qədər? Mənim adımı hesabatdan çıxarıb Riyad kimi dələduzları salmaq kimi işlər heç haqq uğrunda savaşanlara xas xüsusiyyət deyildir”.

Sonra Mətanət Əzizova adlı bir xanım sözügedən hesabatla bağlı daha maraqlı faktları üzə çıxarır: “Hələ hesabatda bir nəfərə “təhlükə var” göstərmək üçün “Zamiq Məmmədli və bir qrup azərbaycanlı” agent kimi göstərilib. Qeyd edim ki, bir qrup azərbaycanlı mən və Vüsal Teymurovdur. Zamiq heç cür özünü müdafiə edə bilmədi. Utanmasaydı, Oqtay mənim də adımı casus kimi göstərərdi. Bir neçə dəfə Oqtaya yazdım, cavab vermədi”.

Sosial şəbəkədə sonrakı paylaşımlarda bu hesabatın hazırlanmasında əməyi keçən Cavid Cabbarlı-Alışov Oktay Gülalıyevi müdafiə edir və Eldəniz Quliyev adlı şəxsi məxluq adlandıraraq barəsində kəskin ittihamlar irəli sürür. Mətanət Əzizova isə “Siz mənə şəxsən demisiz ki, “Avropa işi” hesabatına sizin heç bir aidiyyətiniz yoxdur, amma hesabatın təqdimatını Oqtayın xahişi ilə Almaniyada edirsiniz. Ya onda məne yalan söyləmisiniz, ya da indi” - deyə, Cavid Cabbarlıya qarşı qoyur.

Söhbətə Əli Oğuz qoşulur: “Cavid Cabbarlı bəy, siz etiraf edin ki, bu hesabatdan xəbəriniz yoxdur və bu məsələnin sizə aidiyyatı yoxdur. Siz sadəcə ora imza atmısız və bu hesabata cinayətkarların adı əlavə olunub”. Qarşı tərəfin bu ittihama olan cavabı isə daha ciddi mətləblərin üzünü açır. Belə ki, Cavid Cabbarlı “Hesabatın mən hazırladığım hissəsinə mən cavabdehəm, imzam da o hissəni əhatə edir. Siz dediyiniz cinayətkarlar təkcə bu hesabatda yer almayıblar. Amma nədənsə ancaq bu hesabat qaralanıb. İddianızda haqlı olduğunuzu sübut etmək üçün cinayətkar dediyiniz adamların düşdüyü hesabatların hamısını tənqid edin” deməklə, əslində “siyasi məhbus” adı altında gizlənən “Avropa işi” ilə yanaşı, digər hesabatların da saxta yolla hazırlandığını etiraf etmiş olur.

Haqqında bəhs edilən Eldəniz Quliyev də söhbətdən kənarda qalmır. Öz paylaşdığı statusda yazır:

“Avropada mühacir hәyatı yaşayan vәtәndaşlarımızın, elәcә dә KİV nümayәndәlәrinin nәzәrinә çatdırıram ki, Siyasi Mәhbusların Müdafiә Mәrkәzinin (SMMM) Avropada, o cümlәdәn Almaniyada hәr hansı nümayәndәliyi vә koordinatoru yoxdur. Bu xüsusda, Cavid Cabbarlı adlı birisinin özünü SMMM-nin Almaniya tәmsılçisi kimi tәqdım etmәsi qәtiyyәn hәqiqәtә uyğun deyildir”.

Əslində, bu mövzunu və mövzu ətrafındakı söhbətləri, qarşılıqlı ittihamları daha da uzatmaq olar. Hətta bir-birini söyüş dili ilə təhqir edənlər də çoxdur. Amma etik çərçivədən çıxmayaq deyə, onları qeyd etmirik.

Sadəcə olaraq, bir məqama diqqət çəkək: özlərini “siyasi məhbusların”, nə bilim, “vicdan məhbuslarının” təəssübkeşçisi kimi qələmə verənlər özlərini belə müdafiə edə bilmirlər, bəs məhbus cinayətkarları necə müdafiə edəcəklər...

Elgün MƏNSİMOV
AzNews.az

image description image description image description image description image description image description image description