Hətta “cəmiyyətin fikri” adlı sosial şəbəkə yaradaraq əslində öz hədəflərini sərgiləyirlər Hətta “cəmiyyətin fikri” adlı sosial şəbəkə yaradaraq əslində öz hədəflərini sərgiləyirlər

“Milli Şura”nın erməni lobbisinin girovuna çevrilməsinin inanılmaz mexanizmi

Hətta “cəmiyyətin fikri” adlı sosial şəbəkə yaradaraq əslində öz hədəflərini sərgiləyirlər

Azərbaycanda özünü “ana müxalifət” adlandıran və “amöb” quruluşa malik olan “Milli Şura”nın sədri Cəmil Həsənli bu qurumda əsas güc sayılan Əli Kərimlinin məsləhəti ilə ABŞ turnesinə çıxıb. Bu səfərdə ABŞ-da erməni lobbisinin qrant layihələri əsasında Azərbaycana qarşı təxribat siyasəti yürüdən Ramis Yunusla bir çox mövzuları müzakirə ediblər.

Keçmiş “agent” bu günkü politoloq statusunda

Arif, Ramis Vaqif və Rafik Yunusovlar ailəsinin başçısı Seyfulla Yunusov erkənm dünyasını dəyişdiyi üçün, onları anaları Arşalyus Arsenovna Barseqayan böyüdüb. Beləliklə də yunusvolar ailəsi dayılarının himayəsində boya-başa çatıblar.Dayısı Suren Barseqyan və onun oğlanları Arsen, Erik, Armen Dağlıq Qarabağda azərbaycanlılara qarşı soyqırımda xüsusi fəal olublar. R.Yunus 1993-cü ildə qondarma “TMR”-in (Talış-Muğan Respublikası) yaradıdlmasının gizli ideoloqlarından biri olub.

Ramis Yunusun Rusiya Federal Təhlükəsizlik Xidmətinə işləməsi, Moskvada yaşayan ədliyyə generalı İlqar Qasımov tərəfindən daim müdafiə olunması barəsində əvvəllər Azərbaycan KİV-lərində yetərincə yazılar gedib. Bu günə qədər R.Yunus bunları təkzib də etməyib. 1994-1997-ci illərdə “Karitas” adlı beynəlxalq humanitar yardım təşkilatının Bakıdakı nümayəndəliyini yaratmaqla məcburi köçkünlərə mənşəyi bəlli olmayan ən zərərli qida məhsullarının paylanmasına rəhbərlik edib. ABŞ-da “Qarabağ konfliktinin sülh yolu ilə həlli” istiqamətində guya bir sıra təşəbbüslərlə çıxış edir. Halbuki onun əsas fəaliyyət dairəsi mümkün qədər “Dağlıq Qarabağ”ın ermənilərin tarixi torpaqları olması ideyasını “azərbaycanlı” simasında müdafiə etməkdən ibarətdir. Son 20 ildə R.Yunusun əsas fəaliyyət istiqaməti Azərbaycan ordusu əleyhində ABŞ-da ermənipərəst KİV-lərdə informasiyalar yaymaqdan ibarət olub. Bundan əlavə, Azərbaycanda “müxalifət-iqtidar qarşıdurmaları”nın radikallaşması ideyasını təbliğ edib. Azərbaycan müxalifətinin müxtəlif spektrləri ilə münasibətlər quraraq, onların haqqında erməni lobbisini bilgiləndirməklə məşğul olub. Onun son tədqiqatları “radikal islam”ın Azərbaycanda tüğyan etməsi və İrandakı “islam rejimi” tərəfdarlarının artması və buna görə də ermənilərlərin haqlı olaraq, “Dağlıq Qarabağ” uğrunda mübarizə aparması ideyalarını leqallaşdırmaqddır.

ABŞ görüşlərində müxalifət nələri müzakirə edib?

“Milli Şura”nın sədri Cəmil Həsənli, ADR hərəkatının sədri Qubad İbadoğlu ABŞ-da Ramis Yunus və BBC-nin müxbiri Sevinc Osmanqızının iştirakı ilə, Azərbaycan hakimiyyətinin necə dəyişdirilməsi məsələləri müzakirə edilib. Bununla yanaşı, həm də ermənilərin araşdırma mərkəzləri ilə qapalı qapılar arxasında danışıqlar aparılıb (www.youtube.com/watch?v=er0Y84CGJ U8& fbclid=IwAR213CRcSrXqT7ROgpu4srekyeA6yYVTAvxnKmunjI qpChY7mYauNMLoxfU).

Bu video süjetin özündə belə, R.Yunus etiraf edir ki, ABŞ-da ermənipərəst çevrələr və anti Azərbaycan güclərin vasitəsilə ölkəmizdə daxili siyasi qarşıdurmalarda tərəf kimi müxalifətin strateji maraqları var. Xüsusilə “Azərbaycanda siyasi məhbus” məsələsini qabartmağı hədəf seçiblər. Bu siyahıda Azərbaycan Konstitusiyasının dəyişdirilərək “şəriət dövləti” qurmaq istəyənlərin adları ilk sırada yer alır. Beləliklə də ABŞ hökumətini aldatmaq yolu ilə öz hədəflərinə nail olmaq istəyirlər.

2003-cü il prezident seçkilərində Müsavat Partiyasının namizədi İsa Qəmbərin ABŞ-dakı xüsusi nümayəndəsi statusunda çıxış edən R.Yunus, bu dəfə AXCP sədri Əli Kərimlinin “səlahiyyətli nümayəndəsi” adını qazanmaq üçün canfəşanlıq etməyə başlayıb. Bunun üçün də “Milli Şura”nın sədri Cəmil Həsənli və digərlərinin ABŞ-a səfərini erməni lobbisinin dəstəyi ilə maliyyələşdirib. Məqsəd “Ermənistandakı demokratiya”nın dünyanın maraq dairəsində olması qaydalarını isbatlamaqdır. Demək olar ki, R.Yunus məhz bu hədəflərinə dolayı yolla nail olmağı bacardı.

R.Yunus sözdə ABŞ-la, əməldə başqa ölkə ilə əməkdaşlıq edirOnun “politoloq” statusu ilə yazdığı analitik yazıları əsasən rus dilində fəaliyyət göstərən “obozrevatel.com” saytında dərc olunur. Həmin saytda Azərbaycanda azsaylı bəzi mövhumatçı qrupları süni şəkildə qabartması ölkəmizə qarşı siyasi və ictimai baxımdan verilən qiymət kimi ölçülür. Onun son icmalı “aşura mərasimi” ilə bağlı analitik yazısı da bu qəbildəndir (www.obozrevatel.com/abroad/strasti-vokrug-ashura.htm?fbclid=I wAR2gyNKDAgLKxHWTxOdp4-YE8yHRKWA7I2WRVFNzVs jfr6KJFZdDy0Cgje8).

R.Yunus ABŞ-da ermənilərlə hansı əlaqələrə malikdirsə, Hollandiyada yaşayan qardaşı Arif Yunus və həyat yoldaşı Leyla Yunus da həmin missiyanın daşıyırlar. Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olan Süzanna Barseqyanla birgə Azərbaycandakı proseslərlə bağlı layihələrdə iştirakı da buna əyani sübutdur(www.publicdialogues.info/news?fbclid =IwAR2gI A4ZPI-cOd09Jt1B19uU3KNNOHcpKK8bYZnd_0cIQkjSrdApFq-_9xY). Bu iki şəxsin birlikdə “Azərbaycanda siyasi məhbuslar”la bağlı hazırladıqları dosye (List of politprisons - 01 Sept 2019-Rus) buna sübutdur. Halbuki həmin siyahıda adları çəkilənlərin çoxu Azərbaycanda Konstitusiyanın dəyişdirilərək “şəriət dövləti” qurmaq istəyən və buna görə məhkəmənin qərarı ilə həbs olunanlardırlar. Bu layihələrdə Marianna Koşkakaryan,
David Saakyan, Geqam Saakyan, Serop Xaçatryan, Anuş Şahverdiyan, David Unanyan, Artak Kirakosyan, Ara Kazaryan, Narine Rştuni, David Stepanyan, Step Safaryan, Boris Navasardyan və digərləri yaxından iştirak edirlər.

Hətta “cəmiyyətin fikri” adlı sosial şəbəkə yaradaraq əslində öz hədəflərini sərgiləyirlər. Beləliklə “Qarabağ”ın işğalı məsələsində ermənilərə dolayı yolla hüquqi statusun verilməsi ideyasını Qərbdə yayğınlaşdırlımasına çalışılır. Hətta bunun üçün yazıçı, politoloq, jurnalist, ədəbiyyatçı, alim və digər mütəxəssisləri də bu prosesə cəlb etmək üçün onların fikirlərini təbliğ edirlər (bax: http://www.publicdialogues.info/news?fbclid=IwAR2gIA4ZPI-cOd09Jt1B19uU3KNNOHcpKK8bYZnd_0cIQkjSrdApFq-_9xY&page=4).

“Sülh və Demokratiya İnstitutu” adı altında Arif Yunus, Leyla Yunus, Ramis Yunus ailəsinin buxovuna və qrant girovuna çevrilən müxalifət ölkə daxilində demokratik proseslərin inkişafı nüminə heç bir iş görmədən xaricdən maliyyə dəstəyi axtarışına çıxıb. Belə bir məqamda isə, onlar “yunuslar sülaləsi”nin sayəsində ermənilərdən maddi dəstək almağa qədər rəzil olublar.

Ə. Yusifoğlu