Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib.

Azərbaycan Türkiyə ilə bir onluqda…

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib.

Hesabatda müxtəlif istiqamətlər üzrə ölkəmizin irəliləyişini sübut edən faktorlar üzə çıxıb. Qeyd edək ki, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib.

Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. İnfrastruktur, təhsil və bacarıqlar və biznesin dinamikliyi kimi üç indikator üzrə Azərbaycan yeni hesabatda mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Göründüyü kimi, ölkəmiz dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə yanaşı olaraq 7-ci onluqda qərarlaşıb. Həmin ölkələrlə eyni 10-luqda yer almamız necə dəyərləndirilə bilər?

Ekspert Günel Fərhadqızının sözlərinə görə, budəfəki hesabatda diqqətçəkən vacib məqamlardan biri budur ki, 98 indikatorun 70 faizi tamamilə yenidir:

“Görünür ki, Azərbaycanın 12 əsas sütun indikatorundan 7-si üzrə mövqeləri kifayət qədər yaxşılaşıb. Hesabatın xüsusi bir səhifəsində Azərbaycanda sosial bərabərliyin ən yüksək səviyyədə olması qeyd olunub. Burada ölkəmiz ABŞ ilə də eyni koordinat oxunda göstərilib. Xüsusilə də Azərbaycanın inkişaf edən Avropa ölkələri və Türkiyə ilə eyni onluqda yer alması bizdəki inkişafın ən bariz nümunəsi sayıla bilər. Azərbaycan iqtisadiyyatı uzun illərdir bu hesabat çərçivəsində tədqiq olunan iqtisadiyyatlar arasındadır və hər zaman rəqabətlilik indeksinə görə müsbət mənada seçilirdi. Hesabatın builki nəşri göstərir ki, Azərbaycan iqtisadiyyatı qlobal rəqabətlilik indeksinə görə ötən illə müqayisədə iki pillə yüksələrək dünya ölkələri arasında 37-ci yerdən 35-ci yerə qalxıb. Hesabatın ətraflı təhlili göstərir ki, ötən il Azərbaycan iqtisadiyyatı onun qlobal rəqabətliliyini müəyyən edən 12 əsas göstəricinin 11-də irəliləyiş əldə edib. Bu baxımdan da Azərbaycan hesabatdakı azsaylı ölkələr sırasındadır. Bu onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatında aparılan islahatlar kompleks xarakter daşıyır və iqtisadiyyatın əksər parametrləri üzərində müsbət təsirini göstərir. Hesab edirəm ki, bütün bu uğurlar ölkədə aparılan ciddi islahatlar və düzgün idarəetmə ilə bağlıdır.

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aparılan iqtisadi islahatlar bu hesabatda biznes üzrə bütün indikatorlarda Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına, öz liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub. Qarşıdakı müddətdə Azərbaycanda aparılacaq islahatlar ölkəmizin mövqeyini daha da yaxşılaşdıracaq". (baki-xeber.com)

© AzNews.az