İşçi qrupun əsas fəaliyyət istiqamətləri və iş proseduru barədə fikir mübadiləsi aparılıb İşçi qrupun əsas fəaliyyət istiqamətləri və iş proseduru barədə fikir mübadiləsi aparılıb

Vəkillər Kollegiyasında işçi qrupun ilk iclası keçirildi

İşçi qrupun əsas fəaliyyət istiqamətləri və iş proseduru barədə fikir mübadiləsi aparılıb

Məlum olduğu kimi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən mülki və cinayət hüququ istiqamətləri üzrə 2 işçi qrup formalaşdırılıb.

AzNews.az xəbər verir ki, bu gün mülki hüquq istiqaməti üzrə Vəkillər Kollegiyasının ixtisaslaşmış üzvlərindən ibarət işçi qrupun ilk iclası keçirilib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin rəhbərliyi ilə keçirilən işçi qrupun görüşündə mülki işlər və iqtisadi mübahisələr üzrə, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə mülki prosessual qanunvericiliyə mümkün təkliflər, habelə mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi, səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqi, məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri üzrə təkliflər müzakirə edilib, işçi qrupun əsas fəaliyyət istiqamətləri və iş proseduru barədə fikir mübadiləsi aparılıb.

Davamlı şəkildə keçiriləcək İşçi Qrupun görüşlərinin nəticəsi olaraq təkliflər paketi hazırlanaraq müvafiq orqana təqdim ediləcək.

AzNews.az