Qanun layihəsi milli iqtisadiyyatın başlıca sektorlar üzrə strateji yol xəritəsinə uyğun hazırlanıb Qanun layihəsi milli iqtisadiyyatın başlıca sektorlar üzrə strateji yol xəritəsinə uyğun hazırlanıb

"2020-ci ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir"

Qanun layihəsi milli iqtisadiyyatın başlıca sektorlar üzrə strateji yol xəritəsinə uyğun hazırlanıb

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi “Büdcə sistemi haqqında” qanuna, Azərbaycanın milli iqtisadiyyatının başlıca sektorlar üzrə strateji yol xəritəsinə, habelə dünya və ölkə iqtisadiyyatında gözlənilən meyllərin təhlilinə uyğun hazırlanıb.

Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında çıxış edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir:

2020-ci ilin büdcəsini Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcə adlandıran komitə sədri bildirib ki, ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır: “Sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılması isə dövlətin iqtisadi qüdrətinin yüksəlişindən xəbər verir”. (APA)

AzNews.az