Bu həftə beynəlxalq iqtisadiyyatda nə gözlənilir?

Mərkəzi banklar uçot dərəcəsini elan edəcəklər

AzNews.az bu həftə beynəlxalq iqtisadi sferada gözlənilən vacib hadisələri təqdim edir:

Bazar ertəsi, 9 dekabr

Parisdə Fransa, Rusiya, Almaniya və Ukrayna liderlərinin “Normand formatı”nda görüşü keçiriləcək.

Çərşənbə axşamı, 10 dekabr

Nur-Sutanda dekabrın 10-11-i tarixlərində Rusiya, İran və Türkiyə təmsilçiləri Suriyadakı vəziyyətin nizamlanması üzrə görüş keçirəcəklər.

Çərşənbə, 11 dekabr

Fed uçot dərəcəsini elan edəcək, sədr Cerom Pauell mətbuat konfransı keçirəcək. Analitiklərin proqnozuna əsasən, uçot dərəcəsi dəyişməyərək 1,50%-1,75% səviyyəsində qalacaq.

“Saudi Aramco”nun səhmləri birjaya çıxarılacaq.

Cümə axşamı, 12 dekabr

Avropa Mərkəzi Bankı uçot dərəcəsini elan edəcək, AMB-nın prezidenti Kristin Laqard mətbuat konfransı keçirəcək. Analitik və ekspertlərin proqnozuna əsasən, dərəcə dəyişməyəcək.

Cümə, 13 dekabr

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini açıqlayacaq, sədr Elvira Nabiullina mətbuat konfransı keçirəcək.