“8 Noyabr”a rəis təyin olunub

“Nizami” və "Xalqlar dostluğu" stansiyalarına da rəislər təyin olunub

“Bakı Metropoliteni” yeni istifadəyə veriləcək stansiyasına rəis təyin olunub.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynovun əmri ilə Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəsifəsindən azad edilərək “8 Noyabr” stansiyasına rəis təyin edilib.

"Nizami" stansiyasının rəisi vəzifəsinə isə Vüsal Zeynalov təyin olunub. Həmçinin Arif Həsənli "Xalqlar Dostluğu" stansiyasının rəisi vəzifəsinə təyinat alıb.

AzNews.az