- İşin içi
- 21 İyul 2021 16:27
- 8 026
AAYDA işçilərinin sayını artırıb
2020-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) orta hesabla 14 871 nəfər işçi çalışıb
AzNews.az qurumun hesabatına istinadən xəbər verir ki, bu 2019-cu illə müqayisədə 4,6 % çoxdur.
Ötən il işçilərə hesablanmış əmək haqqı əvvəlki ilə nisbətən 17,9 % artaraq 8 milyon 232 min manat təşkil edib. Əmək haqqından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna ayırmalar isə 19,9 % artaraq 21 milyon 234 min manat təşkil edib.