"Çöldəyəm" - "Hafka" danışdı

İş adamı: "652 min manat borcum vardı, bu gün ödədim"

Məşhur iş adamı, "Bakı” futbol klubunun keçmiş prezidenti Hafiz Məmmədovun saxlanılması barədə yayılan xəbərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Hafiz Məmmədov "Qaynarinfo"ya açıqlamasında bildirib ki, saxlanması ilə bağlı məlumat həqiqətəuyğun deyil:

"Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov vurğulayıb ki, indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: "Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.

Qeyd edək ki, bu gün yerli KİV "Hafka" kimi tanınan məşhur iş adamı Hafiz Məmmədovun saxlanılması barədə xəbər yayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə isə H. Məmmədov barəsindən həbs qətimkan tədbiri seçilib və barəsində axtarış elan olunub.

AzNews.az